Azərbaycan icmasının keçmiş rəhbəri Rusiyadan deportasiya edilib

0

Moskva vilayətindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Qalib Ağayev Rusiya Federasiyasından deportasiya edilib.

Qalib Ağayevin mayın 19-da Rusiyadan deportasiya edildiyi bildirilir.

Diaspor fəalı, “Patriot TV” Youtube kanalının administratoru Qalib Ağayevlə birlikdə vaxtilə iş adamı Fizuli Məmmədovun köməkçisi olmuş Ceyhun Əliyev Rusiyadan deportasiya edilib. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə Moskvanın Domodedovo hava limanına aparılaraq, Azərbaycana deportasiya ediliblər.

Qeyd edək ki, Qalib Ağayevin deportasiyası barədə qərar ötən ilin sonunda Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi tərəfindən qəbul edilib.

Məhkəmə Ağayevi inzibati xəta törətməkdə təqsirli bilib və onu Rusiya ərazisindən məcburi çıxarmaqla 5000 rubl məbləğində cərimələyib. Bundan əlavə, məhkəmə Qalib Ağayevin Rusiya Daxili İşlər Nazirliyinin Yeqorski şəhər rayonunda yerləşən xarici vətəndaşlar üçün müvəqqəti saxlanma təcridxanasına salınması barədə qərar qəbul edib.

Azərbaycan diasporunun keçmiş rəhbəri Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin əcnəbi vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiya Federasiyasında olma (yaşayış) rejiminin pozulmasında təqsirli bilinib. Rusiya Federasiyasında qalmaq (yaşayış) hüququnu təsdiq edən sənədlər və ya belə sənədlərin itirilməsi və ya müəyyən müddətdən sonra, Rusiya Federasiyasını tərk etməkdən yayınması barədə müvafiq orqana ərizə təqdim edilməməsi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »