Mənbə: Rusiya Ukraynada xüsusi əməliyyatda Su-57-dən istifadə edir

Rusiya Aerokosmik Qüvvələri (RAQ) Ukraynada hərbi xüsusi əməliyyat zamanı Su-57 qırıcılarından istifadə edir. Bu barədə TASS-a hərbi sənaye kompleksindəki mənbə bildirib.

“Ukraynada Su-57 təyyarələrinin istifadəsi xüsusi əməliyyatın başlanmasından iki-üç həftə sonra başlayıb. Təyyarə raket silahlarından istifadə etməklə, düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv zonasından kənarda aktiv fəaliyyət göstərir”, – agentliyin həmsöhbəti bildirib.

İlk dəfə real döyüşdə Su-57 2018-ci ildə Suriyada sınaqdan keçirilib. Daha əvvəl xəbər verildiyi kimi, 2024-cü ilin sonuna qədər Rusiya Aerokosmik Qüvvələri 22 Su-57 təyyarəsi alacaq, 2028-ci ilə qədər isə onların sayı 76 ədədə çatdırılacaq. İlk qırıcı qoşunlara 2020-ci ildə daxil olub.

Su-57 bütün növ hava, yer və yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Təyyarə səsdən yüksək kruiz sürətinə, gövdədaxili silahlanmaya, radar udma örtüyünə, həmçinin ən son bort avadanlığına malikdir.

Comments are closed.

Tərcümə »