Baydenin bölgəyə səfəri fonunda Çin və Şimali Koreya döyüş hazırlığını gücləndirib-FOTO

Çin Cənubi Çin dənizində hərbi təlimlər keçirəcəyini açıqlayıb, Şimali Koreya isə, qitələrarası ballistik raketi sınaqdan keçirməyi planlaşdırır. Bu, ABŞ prezidenti Co Baydenin Yaponiya və Cənubi Koreyaya bu gün, mayın 20-də başlayan səfəri fonunda baş verir.

“19 may 2022-ci il saat 18:00-dan (Bakı vaxtı ilə 24:00) —23 may saat 18:00-dək Cənubi Çin dənizinin müxtəlif nöqtələrini birləşdirən Çinin Haynan əyalətində akvatoriyada hərbi təlimlər keçiriləcək”, – Dəniz Təhlükəsizliyi İdarəsi bildirib. Qeyd olunur ki, təlimlər müddətində dənizin bir hissəsi qeyri-hərbi gəmilərin üzünə bağlanacaq.СМИ: КНДР на фоне визита Байдена в Сеул готовится провести испытания МБР —  Рамблер/новости

Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ kəşfiyyatı KXDR-in mümkün nüvə və ya raket sınaqları barədə cənab Baydenin səfəri zamanı öyrənib. Yaponiyanın müdafiə naziri Nobuo Kişi də Şimali Koreyanın mümkün “təxribat” cəhdlərinə işarə edib. O, Kyodo-ya bildirib ki, belə bir uzaqmənzilli raketin buraxılması da daxil olmaqla, “sonrakı təxribat xarakterli hərəkətlərin mümkünlüyü” var. Onun sözlərinə görə, Şimali Koreya 2017-ci ildən bəri ilk, tarixdə isə yeddinci nüvə sınağına hazırlığı başa çatdıra bilər.AP: Пекин начал военные учения в Южно-Китайском море во время визита Байдена  в Азию: Яндекс.Новости

Cənab Bayden mayın 20-dən 24-dək Cənubi Koreya və Yaponiyaya səfər edəcək. Orada hər iki ölkənin liderləri ilə görüşəcək. Bundan əlavə, o, Tokioda Dördtərəfli Təhlükəsizlik Dialoqunun (QUAD; ABŞ, Avstraliya, Hindistan və Yaponiya) liderləri ilə görüşəcək.

Comments are closed.

Tərcümə »