Taleh 3 ay əvvəl evləndiyi qızın atasını niyə öldürüb? – QƏTLİN TƏFƏRRÜATI – VİDEO

0

Bakıda qohumlar arasında dava ağır cinayətə səbəb olub. Kürəkən özündən 9 yaş böyük olan qayınatasını bıçaqlayaraq qətlə yetirib. İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs mərhumun qızı ilə 3 ay əvvəl ailə həyatı qurub.

Bəs qohumlar arasında cinayətə səbəb nə olub?

İctimairey.az xəbər verir ki, ağır cinayət gecə saatlarında paytaxtın Suraxanı rayonu Şuşa şəhərciyi adlanan ərazidə baş verib. Sabunçu rayon prokurorlouğunun verdiyi məlumata görə, 35 yaşlı Taleh Heydərov 44 yaşlı Qabil Qənbərovu bıçaqlayaraq öldürüb.

Mərhumun onunla birgə yaşayan qayınanası deyir ki, Qabil Qənbərov axşam saatlarında telefonla danışdıqdan sonra küçəyə çıxıb.

Qadın onu da əlavə etdi ki, Taleh Heydərov təxminən 3 ay əvvəl qətlə yetirdiyi Qabil Qənbərovun qızı ilə ailə həyatı qurubmuş.

Hadisə şahidi Müstəqim Məmmədov deyir ki, Taleh Heydərov qayınatasını küçədə bıçaqladıqdan sonra qaçıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən Taleh Heydərovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun bu cinayəti hansı səbəbdən törətməsı məlum deyıl. Faktla bağlı Suraxanı rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. BAKU.WS

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »