Paşinyan Putindən Ermənistana KTMT qoşunlarının göndərilməsini istəyib, lakin rədd cavabı alıb

0

Baza Telegram kanalı mənbələrə istinadən xəbər verir ki, Nikol Paşinyan Qazaxıstandan nümunə götürərək, Kremldən KTMT qoşunlarını Ermənistana göndərməyi xahiş edib.

Buna səbəb İrəvanda və digər şəhərlərdə ölkə başçısını qorxuya salan gündəlik kütləvi etiraz aksiyalarıdır.

Mənbənin sözlərinə görə, KTMT-nin Moskva sammiti ərəfəsində (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hazırda Ermənistan sədrlik edir) Paşinyan KTMT-yə rəsmi sorğu göndərib.

“O, Moskvaya Təşkilat üzvlərindən zəmanət almaq üçün gəlib: İrəvanda vəziyyət Qazaxıstan ssenarisi üzrə inkişaf etsə, o zaman Rusiya və KTMT-nin digər üzvləri qoşun yeridəcək, kütləvi iğtişaşları yatıracaq və Paşinyanın hakimiyyətdə qalmasına kömək edəcək. İddialara görə, hazırda ölkədə millətçi hərəkat güclənir və bu, dövlətin konstitusiya quruluşunu təhdid edir və buna görə də Təşkilatın Ermənistana hərbi kontingent göndərmək qərarına ehtiyac var”, – Rusiya Prezident Administrasiyasındakı mənbə Baza-ya bildirib. “Prezident Administrasiyasında Paşinyanın xahişi rədd edilib və onun xahişi geri götürməsi tələb olunub, əks halda Ermənistan tərəfinə bunu rəsmi olaraq gündəmdən çıxaracağı vəd edilib”.

Başqa bir məlumata görə, Prezident Administrasiyasının cavabından sonra Ermənistanın baş naziri kənarda birbaşa Vladimir Putindən dəstək almağa çalışıb: “Amma burada da ona rədd cavabı verilib. Paşinyanla ikitərəfli görüş tədbirin sonuna qədər təxirə salınıb ​​və Ermənistan prezidenti Putinlə görüş üçün beş saat gözləyib, lakin sonda problemini rus hərbçilərinin köməyi ilə həll etməyə razılıq verilməyib. ” deyə mənbə bildirib.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »