Müharibə cinayəti nədir və Putin Ukraynaya görə mühakimə oluna bilərmi? -FOTO

0

Ukraynada münaqişə başlayandan bəri ilk hərbi cinayətlər məhkəməsində bir rus əsgəri silahsız mülki vətəndaşı öldürdüyünü etiraf edib.

Ukrayna 10 000-dən çox mümkün hərbi cinayəti müəyyən etdiyini deyir, lakin Rusiya hökuməti bu iddiaları rədd edir.

Beynəlxalq Cinayət Məhkəməsi də ölkəyə müstəntiqlər və məhkəmə ekspertlərindən ibarət qrup göndərib.

Müharibə cinayəti nədir?

Ola bilsin ki, belə görünmür, amma Beynəlxalq Qızıl Xaç Komitəsinin dediyi kimi, “hətta müharibənin də qaydaları var”.

Bunlar Cenevrə Konvensiyaları adlanan müqavilələrdə və bir sıra digər beynəlxalq qanun və sazişlərdə öz əksini tapmışdır.

Mülki şəxslərə qəsdən hücum edilə bilməz və onların sağ qalması üçün, həyati əhəmiyyət kəsb edən infrastruktur da ola bilməz.

Bəzi silahlar, piyada əleyhinə minalar, kimyəvi və ya bioloji silahlar kimi səbəb olduğu ayrı-seçkiliksiz və ya dəhşətli əzablara görə qadağan edilib.

Xəstə və yaralılara, o cümlədən hərbi əsir hüquqlarına malik yaralı əsgərlərə qayğı göstərmək lazımdır.

Bir qrupun öldürülməsi, zorlanması və ya kütləvi şəkildə təqib edilməsi kimi ağır cinayətlər “insanlığa qarşı cinayətlər”, bəzi hallarda isə “soyqırım” kimi tanınır.

Rus əsgəri nə edib?

Rus tank komandiri, 21 yaşlı Vadim Şişimarin işğaldan bir neçə gün sonra, 62 yaşlı kişini başından güllələdiyini etiraf edib.

Prokurorlar bildiriblər ki, Şişimarinə silahsız mülki vətəndaşı öldürmək əmri verilib.

O, Kiyevski Rayon Məhkəməsində mühakimə olunub və onu ömürlük həbs gözləyir.Вадим Шишимарин, российский солдат, обвиняемый в военных преступлениях на Украине.

Ukraynanın baş prokuroru İrina Venediktova Twitter-də yazıb: “Bu ilk məhkəmə prosesi ilə biz aydın siqnal veririk ki, hər bir cinayətkar, Ukraynada cinayətlərin törədilməsinə sifariş verən və ya kömək edən hər bir şəxs məsuliyyətdən yayına bilməz”.

O, əvvəllər agentliyinin 41 rus əsgərinə qarşı mülki əhalinin öldürülməsi, zorlama, mülki infrastrukturun bombalanması və talan kimi cinayətlərə görə iş hazırladığını bildirib.

Ukraynada hərbi cinayətlərlə bağlı başqa hansı ittihamlar var?

ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanı Ukraynada hərbi cinayətlərdə ittiham ediblər.

Müstəntiqlər və jurnalistlər Kiyevin kənarındakı Buça şəhərində və digər yaxın ərazilərdə mülki əhalinin qəsdən öldürülməsinə dair sübutlar tapıblar.

Ukrayna təhlükəsizlik rəsmiləri bildiriblər ki, onlar kütləvi məzarlıqlar və mülki şəxslərin əlləri və ayaqları bağlandıqdan sonra, öldürüldüklərinə dair sübutlar tapıblar.Российско-украинский конфликт / Российское вторжение: руины и обломки возле руин / Остатки Мариупольского театра после бомбардировки, Украина, опубликовано 18 марта 2022 г.

Mart ayında Rusiyanın Mariupoldakı teatra hücumu qətliamın təsdiqlənmiş ilk yeri olub. Binanın kənarında nəhəng hərflərlə “uşaqlar” sözü yazılmışdı.

Bundan əvvəl Ukrayna Rusiyanın Mariupol xəstəxanasına aviazərbə endirməsini müharibə cinayəti adlandırmışdı.

Bir çox ekspertlər işğalın özünün “təcavüz müharibəsi” anlayışı altında cinayət olduğunu iddia edirlər.

Müharibə cinayətlərində şübhəli bilinən şəxslər necə mühakimə oluna bilər?

İkinci Dünya Müharibəsindən sonra, bir sıra xüsusi məhkəmələr, o cümlədən Yuqoslaviyanın parçalanması zamanı müharibə cinayətləri tribunalı yarandı.

1994-cü ildə Ruanda soyqırımını törədənləri mühakimə etmək üçün qurum da yaradılıb.

Bu gün Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) müharibə qaydalarının qorunmasında rol oynayır.

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) dövlətlər arasında mübahisələrə baxır, lakin ayrı-ayrı şəxsləri təqib edə bilməz. Ukrayna Rusiyaya qarşı iş açıb.

Beynəlxalq Ədalət Məhkəməsi Rusiya əleyhinə qərar çıxarsa, BMT Təhlükəsizlik Şurası onun icrasına cavabdeh olacaq.

Lakin Şuranın beş daimi üzvündən biri olan Rusiya, ona icazə verilməsi üçün, istənilən təklifə veto qoya bilər.

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ayrı-ayrı dövlətlərin məhkəmələri qarşısına çıxarılmayan ayrı-ayrı hərbi cinayətkarları araşdırır və mühakimə edir.

Bu, 1945-ci ildə əsas nasist liderlərinin təqib olunduğu Nürnberqin daimi müasir varisidirНацистские военные преступники на скамье подсудимых во время Нюрнбергского процесса после Второй мировой войны, включая Германа Геринга, Рудольфа Гесса и Иоахима фон Риббентропа.

Nürnberq ölkələrin beynəlxalq hüququnu müdafiə etmək üçün, xüsusi məhkəmələr yarada bilməsi prinsipini təsbit edib.

BCM Ukraynada cinayətləri təqib edə bilərmi?

BCM-nin baş prokuroru, britaniyalı hüquqşünas Kərim Xan QC hesab edir ki, Ukraynada hərbi cinayətlərin törədildiyinə inanmaq üçün, ağlabatan əsaslar var.

Müstəntiqlər 2013-cü ildən Rusiyanın Krımı Ukraynadan işxalına qədər keçmiş və indiki iddialara baxacaqlar.

Əgər sübut varsa, prokuror BƏM hakimlərindən insanları Haaqada mühakimə etmək üçün, həbs qərarı vermələrini istəyəcək.

Bununla belə, məhkəmənin öz polis qüvvələri yoxdur, ona görə də şübhəlilərin həbsi üçün, ayrı-ayrı dövlətlərə güvənir və Rusiya məhkəmənin üzvü olmadığı üçün, şübhəlilərdən hər hansı birinin ekstradisiya olunacağı ehtimalı azdır.

Prezident Putini, generalları və ya başqa liderləri mühakimə etmək olarmı?

Müharibə cinayətini törədən əsgəri günahlandırmaq, əmr verən komandirdən daha asandır.

Münaqişədə müharibə cinayətlərinə dair sübutların toplanması üzrə ixtisaslaşan “Human Rights Watch” təşkilatından Hugh Williamson Rusiya qüvvələri tərəfindən qısamüddətli edamlara və digər ciddi sui-istifadələrə dair sübutların olması ilə razılaşır.

O deyir ki, “komanda zənciri”nin yaradılması gələcək məhkəmə çəkişmələri üçün vacibdir, o cümlədən liderin vəhşiliyə icazə verib-verməməsi və ya ona göz yumması da daxil olmaqla.

BCM “təcavüz müharibəsi aparmaq” cinayətini də təqib edə bilər. Bu, özünümüdafiə üçün əsaslandırılmış hərbi fəaliyyətdən kənara çıxan əsassız işğal və ya münaqişə cinayətidir.

Bu, Nürnberqdə Moskvanın göndərdiyi hakimin müttəfiqləri nasist liderlərinin “sülhə qarşı cinayətlərə” görə mühakimə olunmasına inandırmasından sonra yaranıb.

Bununla belə, London Universitet Kollecinin beynəlxalq hüquq üzrə eksperti, professor Philip Sands QC deyir ki, ICC Rusiya liderlərini buna görə təqib edə bilməz, çünki ölkə məhkəməyə imza atmır.

Nəzəri olaraq, BMT Təhlükəsizlik Şurası BCM-dən bu cinayətin araşdırılmasını tələb edə bilər. Ancaq yenə də Rusiya buna veto qoya bilər.

Professor Sands dünya liderlərindən Ukraynadakı təcavüz cinayətini təqib etmək üçün, birdəfəlik tribunal yaradılmasını istəyir.

Esmira ŞÜKÜROVA  İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »