Heydər Əliyev adına Hərbi İnstitutda respublika elmi-praktik konfransı keçirilib

0

Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan postmüharibə dövründə: ordu quruculuğunda yeni yanaşmalar və perspektivlər” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Konfransda müxtəlif ali və xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə konfransın təşkilati işləri, mövzusu və əhəmiyyətindən, qəbul edilən elmi məqalələrin aktuallığından, habelə hərbi tədris ocağının digər ali təhsil müəssisələri ilə əməkdaşlığından danışılıb.
Qeyd olunub ki, konfransın əsas məqsədi hərb elminin və elmin digər sahələrinin inkişaf etdirilməsi, ordu quruculuğunda aktual məsələlərin araşdırılması, qoşunların döyüş hazırlığı səviyyəsinin və zabit kadrların hazırlanmasında keyfiyyətin yüksəldilməsidir.
Təşkilat komitəsi təqdim olunan 90-dan artıq məqalədən konfransın mövzusuna uyğun olanları qəbul edib.
Sonda elmi məruzələr dinlənilib və müzakirələr aparılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »