Bakıda məktəbdə şagird bıçaqlandı – Yenilənib

0

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.

Hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlan münaqişə zəminində 2008-ci il təvəllüdlü digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Məktəbdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məktəbin VIII a sinif şagirdinə sanitar qovşaqda IX b sinif şagirdi tərəfindən ayaq və qol nahiyəsindən kəsici alətlə xəsarətlər yetirilib: “Dərhal təcili tibbi yardıma və polisə məlumat verilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »