Xarici Media İcmalı: Rusiyanın Nüvə Bastionu və Qlobal Qaz Şoku

0

Dünya qaz şoku təhlükəsi ilə üz-üzədir

Aİ-nin 2022-ci ilin sonuna qədər Rusiyadan qaz tədarükünü üçdə iki azaltmaq planlarının həyata keçirilməsi ciddi şoklara, yanacaq qiymətlərinin artmasına və qıtlığa səbəb ola bilər. Bolqarıstanın “Duma” nəşri belə qənaətə gəlib.

Məqalə müəllifi Avropanın Rusiyadan tədarükünə əvəzedici tapmaq üçün, bütün mümkün variantları nəzərdən keçirərək, Avropa iqtisadiyyatının ehtiyac duyduğu bu cür qaz həcmlərini əvəz etməyin son dərəcə çətin olacağını bəyan edib. Bununla belə, Rusiya öz növbəsində qaz ixracını tez bir zamanda Çin və digər Asiya ölkələrinə istiqamətləndirə bilməyəcək ki, bu da bazarı qıtlıq və qiymət artımı təhlükəsi ilə üz-üzə qoyur.

 “Bolqarıstanı Rusiya nefti ələ keçirdi”

Bolqarıstanda bütün emal edilmiş neft 100% Rusiyanındır, xammalın dəyişdirilməsi əhəmiyyətli investisiyalar, avadanlıqların yenidən konfiqurasiyası və “hər şey yaxşı işləyəndə motivasiya haqqında danışmaq çətindir”. Bu barədə “Kapital” yazır.

Nəşr onu da qeyd edir ki, hazırda Bolqarıstan bazarında Rusiya neftinə sadəcə olaraq alternativ yoxdur, çünki o, böyük endirimlə gəlir. Qiymət fərqi isə, “hazır neft məhsullarının idxalını iqtisadi cəhətdən qeyri-mümkün edir, idxalçıları itkilərə məhkum edir”. Eyni zamanda, ölkədə yeganə iri neft emalı zavodu və ixtisaslaşmış liman faktiki olaraq Rusiyanın “Lukoyl” şirkətinə məxsusdur.

“Rusiya Kalininqradı nüvə qalasına çevirib”

Rusiyanın “NATO-nun mərkəzində” anklavı olan Kalininqrad vilayəti nüvə qalasına çevrilib və Baltikyanı ölkələr üçün ciddi təhlükə yaradır. Bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Rusiya Kalininqrad vilayətində “İskəndər” komplekslərini və “Bastion” sahil raket komplekslərini yerləşdirib. Bölgəyə nüvə başlıqları daşıya bilən hipersəsli Kinjal raketləri olan MiQ-31K qırıcıları da göndərilib. Əgər gərginlik artarsa, Rusiya NATO infrastrukturunu sıradan çıxara və alyansı cənubdan Baltik dənizindən kəsə bilər, deyə nəşr yekunlaşdırıb.

“Demokratlar Rusiya ilə müharibə hesabına ABŞ seçkilərində qalib gəlməyə ümid edirlər”

Demokrat Partiyası və ona sponsorluq edən oliqarxlar ABŞ-da keçiriləcək yeni seçkilərdə iqtisadiyyatı gücləndirməklə uğur qazanmayacaq, əksinə, ölkəni Rusiya ilə müharibəyə sürükləməklə qalib gələcəklərini gözləyirlər. Bu fikri publisist Kevin Barret “The Unz Review” üçün yazdığı məqalədə qeyd edib.

Müharibə baş verərsə, siyasətçilər seçiciləri “müharibə dövrünün qorxmaz liderlərini dəstəkləməyə” çağırmağa başlayacaqlar və bunu etməyənlər “xain, vətənpərvər, Rusiyaya, Putinə və Trampa rəğbətli” kimi damğalanacaqlar. Müharibə “kifayət qədər ciddiləşərsə və təbliğat kifayət qədər yüksək səslə aparılarsa”, insanlar demək olar ki, istənilən iqtisadi dağıntıya dözəcəklər. deyilir.

“Aİ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etmək istəmir”

Rusiya sərt sanksiyalar təzyiqinə baxmayaraq, ilk növbədə Avropa ölkələrinin öz mövqeyinə görə beynəlxalq iqtisadi vəziyyətə hələ də effektiv təsir göstərir. Bunu Polskie Radiosuna polşalı iqtisadçı Artur Bartoşeviç deyib.

Ekspertin fikrincə, Avropanın özü Rusiyaya qarşı qoyulan məhdudiyyətlərdən yan keçmək üçün addımlar atır.

“Söhbət hətta ayrı-ayrı ölkələrdən deyil, Avropa Komissiyasının göstərişləri ilə effektiv addımlar atan Aİ-nin özündən gedir, ayrı-ayrı şirkətlərin bu sanksiyalardan necə yan keçə bildiyindən gedir”, o deyib.

Esmira ŞÜKÜROVA. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »