SON XƏBƏR: Zelenski Kann Film Festivalında sürpriz edib          

0

Dünyaca məşhur Kann Film Festivalı bu il Ukrayna lideri Zelenskinin sürpriz çıxışı ilə başlayıb.

Dünən Fransada keçirilən 75-ci Kann Film Festivalının açılış mərasimi Ukrayna prezidenti Vladimir Zelenskinin çıxışı ilə yadda qalıb.

Videokonfrans vasitəsilə əvvəlcədən elan olunmayan mərasimdə sürpriz çıxış edən Zelenski “Nifrət yox olacaq və diktatorlar öləcək” deyib. Ukrayna lideri, keçmiş komediya aktyoru Çarli Çaplinin nasist lideri Adolf Hitlerə lağ etdiyi məşhur “Böyük diktator” filminə istinad edərək, kino ilə reallıq arasındakı əlaqəyə toxunub.

Zelenski deyib: “Bu gün kinonun susmadığını göstərmək üçün, bizə yeni Çaplin lazımdır. Onların xalqdan aldıqları hakimiyyət xalqa qayıdacaq” deyib. Ukrayna liderinin çıxışı qonaqların çoxu tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Bu il Kann Film Festivalında bir çox ukraynalı rejissorun filmləri də nümayiş olunacaq. Ötən ay Ukraynanın Mariupol şəhərində Rusiyanın bombardmanı nəticəsində həyatını itirən rejissor Mantas Kvedaraviçiusun “Mariupolis 2” sənədli filminin xüsusi nümayişi keçiriləcək.

Festival təşkilatçıları Rusiya hökuməti ilə əlaqəsi olan şəxsləri festivala buraxmayıblar.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »