Moskvadan XƏBƏRDARLIQ: “Qərb öz qırmızı xətlərini də keçdi”

0

“Qərb ölkələri öz dəyərlərinin üstündən xətt çəkib və hətta öz qırmızı xətlərini keçiblər”.

IctimaiRey.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Mənə elə gəlir ki, Qərb təkcə bizim qırmızı xətlərimizi keçməyib. Məsələ ondadır ki, Qərb öz qırmızı xətlərini də keçib. Axı məqsəd və niyyətlə bağlı bütün o yüksək bəyanatlar Qərbin özü tərəfindən məğlub edilib. Buyurun – söz azadlığı, beynəlxalq hüquq, demokratiya və azadlıq kimi ən yüksək dəyərləri tapdaladılar, hamısının üstündən özləri keçdilər”, – Zaxarova deyib.

Zaxarova əlavə edib ki, Rusiya İkinci Dünya Müharibəsindən sonra əldə olunan beynəlxalq tarazlığı qorumaq üçün bütün imkanlardan istifadə edib. Diplomat vurğulayıb ki, Rusiya Federasiyası anti-Rusiya sanksiyalarının tətbiqinə, onların hər il uzadılmasına və tarixinə qarşı aşağılayıcı münasibətə baxmayaraq, son ana qədər Qərblə kompromislərə və istənilən növ danışıqlara hazırdır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »