SON DƏQİQƏ: İraqda qum fırtınası 4000 nəfəri xəstəxanalıq etdi- VİDEO

0

İraqı səhər saatlarından təhlükəli qum fırtınası səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayı 4 minə çatıb.

İraqda həyata mənfi təsir edən qum fırtınası səbəbiylə səhər saatlarından etibarən nəfəs darlığı şikayəti ilə xəstəxanalara müraciət edənlərin sayının 4 minə çatdığı qeyd edilib. İraq Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada ölkə daxilində 4 min nəfərin xəstəxanaya yerləşdirildiyi və hamısına lazımi tibbi yardım göstərildiyi bildirilib.

BƏSRA Aeroportunda Uçuşlar dayandırılıb

Bəzi bölgələrdə görmə məsafəsinin 300 metrdən aşağı düşməsinə səbəb olan qum fırtınası səbəbindən uçuşların dayandırıldığı Bağdad, Nəcəf və Süleymani hava limanlarında uçuşların bərpa olunduğu, Bəsrə limanında isə təhlükəli olan fırtına səbəbindən uçuşların dayandırıldığı bildirilib.

Bəsrə Hava Limanı Müdirliyindən verilən açıqlamada, görmə qabiliyyətinin azalmasına səbəb olan qum fırtınası səbəbindən hava şəraiti düzələnə qədər uçuşların dayandırıldığı qeyd edilib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »