SON DƏQİQƏ: McDonald’s Rusiyanı tərk etmək barədə son qərarını verib

0

McDonald’s Rusiya bazarını tərk etdiyini açıqlayıb. RİA Novosti xəbər verir ki, şirkət Rusiya biznesini satmağa başlayıb.

“Ölkədə 30 ildən çox fəaliyyət göstərdikdən sonra, McDonald’s Corporation Rusiya bazarından çıxdığını elan edib və Rusiya biznesini satmaq prosesinə başlayıb”, – hesabatda deyilir.

McDonald’s martın 14-dən Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb. Şirkət bu qərarı “fasiləsiz işləməyə, əsas çeşidlərin saxlanmasına, yüksək keyfiyyət standartlarına zəmanət vermək” mümkün olmayan “əməliyyat, texniki və logistik çətinliklər” səbəbindən qəbul edilib.

 

Bundan əvvəl 300-ə yaxın xarici brendin Rusiyada fəaliyyətini bağlamaq və ya tamamlamaq qərarına gəldiyi bildirilir. Pərakəndə daşınmaz əmlak brokeri Knight Frank-ın hesablamalarına görə, onlardan 160-ı pərakəndə satış şirkətləri olub. Onların arasında Nike, Adidas, Zara, Ikea, Lego, Apple, Samsung, LG var.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »