Bakıda həbsdə olan tanışına toyuğun içərisində narkotik keçirən şəxs saxlanılıb

0

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilən Hünər Şabanəli oğlu Cəfərova tanışı İlham Səlim oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilən zaman xüsusi üsulla gizlədilmiş 1 kq qəndin içərisində səpilmiş formada ümumi çəkisi 0,905 qram psixotrop maddə – metamfetamin və bişirilmiş toyuğun içərisində 0,817 qram miqdarında narkotik maddə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »