Qırğızıstan portalı Azərbaycan Prezidentinin Füzuli və Şuşa şəhərlərinə səfərini geniş işıqlandırıb

0

Qırğızıstandakı “turktoday.info” portalı öz səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzulu və Şuşa şəhərlərinə səfərləri ilə bağlı AZƏRTAC-ın materiallarını rus dilində yerləşdirib.

İctimairey.az xəbər verir ki, portal dövlətimizin başçısı və birinci xanımın Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin, 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak etmələri ilə bağlı materiallara öz səhifəsində yer ayırıb.

Sayt Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşada məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin, Şuşada Mehmandarovların malikanə kompleksinin bərpası ilə tanışlığı barədə məqalələr də yayıb.

Portal Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri çərçivəsində “Shusha Boutique Hotel”in yerləşəcəyi əraziyə getmələri, Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olmaları, “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmələri ilə bağlı materiallar yerləşdirib, dövlət başçısının müraciətini təqdim edib.

Sayt Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışının keçirilməsi və Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Festivalın açılışında iştirak etmələri ilə bağlı materialları da yayıb.

Bildirilir ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.

 

Qulu Kəngərli Azərtac

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »