Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi üzrə metodiki məşğələlər keçirilib

0

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən hərbi hissələrdə metodiki məşğələlər keçirilib.

İctimairey.az-a MN-in Mətbuat Xidmətindən  daxil olan məlumtda bildirilir ki, tədbirlər çərçivəsində gənc əsgərlərlə psixoloji iş fəaliyyətini həyata keçirən zabit psixoloqlarla metodiki məşğələlər keçirilib, gənc əsgərlərin hərbi xidmət şəraitinə uyğunlaşmasına köməklik göstərilməsi və hərbi qulluqçuların psixoloji dayanıqlığının yüksəldilməsi məqsədilə onlarla maarifləndirici söhbətlər aparılıb.
Sonda zabit psixoloqları maraqlandıran suallar cavablandırılıb, lazımi tövsiyələr verilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »