Qara dənizdə Ukrayna daha bir Rusiya gəmisini vurduğunu açıqlayıb -FOTO

0
Qara dənizdə münaqişələrin şiddətləndiyi bir vaxtda Ukrayna daha bir Rusiya gəmisini vurduğunu açıqlayıb

Rusiyanın Ukraynanı işğalının 79-cu gününə qədəm qoyduğu bir vaxtda iki ölkə arasında Qara dənizdəki strateji İlan adası ətrafında mübarizə getdikcə daha da qızışır. Ukrayna Qara dənizdə strateji baza olan adanın yaxınlığında daha bir Rusiya ordusuna məxsus gəmini vurduğunu açıqlayıb.

Ukrayna Qara dənizdəki strateji əhəmiyyətli İlan adasında daha bir Rusiya gəmisini vurduğunu açıqlayıb. Ukraynanın Odessa şəhərindəki hərbi rəsmisi Sergey Bratçuk bildirib ki, Rusiyanın Vsevolod Bobrov adlı desant gəmisi raketlə vurularaq yanıb.Братчук подтвердил возгорание российского корабля "Всеволод Бобров"

ABŞ-da yerləşən peyk təsvirləri şirkəti Maxar da Serna sinifli hərbi gəminin zədələndiyini göstərən görüntüləri paylaşıb. Bundan əlavə, İlan adasındakı toqquşmalarda zədələnmiş binaların görüntüləri də dərc edilib.

İlan adasında son günlər yenidən başlayan qarşıdurmalar, bəzi rəsmilərə görə, Qara dənizin qərb sahillərinə nəzarət uğrunda döyüşə çevrilib. Ukrayna daha əvvəl də bölgədəki bəzi Rusiya hərbi gəmilərini vurduğunu açıqlamışdı.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »