SON XƏBƏR: Çinin hava limanında sərnişin təyyarəsi yanıb- VİDEO

0

Tibet Hava Yollarına məxsus sərnişin təyyarəsi uçuş-enmə zolağında sürətlənərkən yanıb. Bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb. Hadisə bu gün,  saat 8-00 da Çunçin mərkəzi tabeliyindəki Szyanbey beynəlxalq hava limanında baş verib. Təyyarənin göyərtəsində 113 sərnişin və 9 ekipaj üzvü olub. 40 nəfər  xəstəxanaya yerləşdirilib, ölənlər barədə məlumat yoxdur. Yanğının səbəbləri müəyyən edilməyib. Çin telekanalları yanğının artıq aradan qaldırıldığını, baş verdiyi uçuş-enmə zolağının isə, təyyarələrin eniş və qalxması üçün bağlandığını bildirib.

.Bu, Çində bu il ikinci böyük aviasiya qəzasıdır. Kunminqdən Quançjouya uçan MU5735 reysini həyata keçirən China Eastern aviaşirkətinin Boeing 737 təyyarəsi martın 21-də Çinin cənubundakı Quansi-Çjuanq Muxtar Bölgəsindəki Vuzhou şəhərinin Teng qraflığında qəzaya uğrayıb. Çində qəzaya uğrayan “Boeing”in sərnişinləri ölü elan edilib. Təyyarədə 123 sərnişin və 9 ekipaj üzvü olmaqla 132 nəfər olub və onların hamısının öldüyü elan edilib. 2015-ci ildən istifadəyə verilən laynerin qəzaya uğramasının mümkün səbəbləri hələlik məlum deyil. Mütəxəssislər aşkar edilmiş qara qutuları araşdırmaqda davam edir. Mətbuat bu qəzanın Çində son 11,5 ildə ən böyük təyyarə qəzası olduğunu yazıb. Bundan əvvəl bütün 138 ay ərzində Çin mülki aviasiyası təhlükəsiz uçuşlar həyata keçirirdi.

 

 

 

 33 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »