SON DƏQİQƏ: Şimali Koreya “ciddi fövqəladə vəziyyət” elan edib- FOTO

0

Şimali Koreya mayın 12-də ölkədə koronavirusun omikron ştammının ilk yayıldığını elan edib və bunu “ən ciddi fövqəladə vəziyyət” adlandıraraq, milli karantin rejimi tətbiq edib.

KXDR-in dövlət mediası omikronun Pxenyanda tapıldığını bildirib, lakin xəstəliyin neçə halının müəyyən edildiyini dəqiqləşdirməyib.

“Ölkəmiz ən böyük fövqəladə hadisəni yaşayır”. Son iki il və 2020-ci ilin fevral ayından bəri üç ay ərzində, bizi təhlükəsiz saxlayan karantin cəbhəmizdə bir dəlik meydana gəlib. – Hökümət bildirir.

Şimali Koreya lideri Kim Çen In ölkədəki bütün şəhər və rayonlara koronavirusun yayılmasının qarşısını almaq üçün, “ciddi karantin rejimi” tətbiq etməyi tapşırıb.Карантин по Киму. Почему Северная Корея готова к эпидемии лучше многих -  Московский Центр Карнеги - Фонд Карнеги за Международный Мир

Cənubi Koreya mediası ölkə sakinlərinə evdə qalmaq əmri verildiyini bildirib.

Bundan əvvəl Şimali Koreya qlobal koronavirus peyvəndi mübadiləsi proqramının bir hissəsi olaraq, Çinin Sinovac Biotech peyvəndini tədarük etməkdən imtina edib.

“Heling Hands Korea” qeyri-kommersiya təşkilatının rəhbəri Tim Peters bildirib ki, Şimali Koreya mənbələri ona koronavirus xəstələrinin dərmansız və qidasız yaşadığı Şimali Koreyanın Çinlə sərhədi yaxınlığında “karantin düşərgələri” barədə məlumat verib.

Yoluxmuşların qohumları bu düşərgələrə yemək, “müalicə ilə bağlı hər hansı ləvazimat” və çox vaxt isə dağ yamaclarında toplanan dərman bitkiləri gətirirlər. – bildirilir.

 

 26 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »