Paşinyan KTMT-nin Moskvada keçiriləcək sammitində iştirak edəcək və bəyanatla çıxış edəcək

0

Mayın 16-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yubiley sammiti keçiriləcək. TASS xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Mayın 16-da KTMT-nin 30 illiyi münasibətilə Moskvada təşkilata üzv dövlətlərin sammiti keçiriləcək. Bu həm liderlərin görüşü, həm də  səhər yeməyi formatında onların ayrıca ünsiyyəti olacaq. ” deyib.

O əlavə edib ki, tədbirdən sonra KTMT-nin baş katibi Stanislav Zas və təşkilatın sədri, baş nazir Nikol Paşinyan mətbuata açıqlamalar verəcək.

Peskovun daha əvvəl xəbər verdiyi kimi, KTMT ölkələrinin liderlərinin görüşündə Ukraynadakı vəziyyətə də toxunula bilər.

Sammit çərçivəsində Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun ikitərəfli görüşü gözlənilir.

Qeyd edək ki, KTMT beynəlxalq təhlükəsizlik təşkilatıdır və hazırda altı dövlət üzvdür: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan. Təşkilatın yaradılması haqqında sazişi 1992-ci il mayın 15-də Daşkənddə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın (2012-ci ildən KTMT-nin üzvü deyil) rəhbərləri imzalayıblar. 1993-cü ildə Azərbaycan, Gürcüstan (hər iki ölkə 1999-cu ildə KTMT-ni tərk edib) və Belarus təşkilata üzv olub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »