Aygün Kazımovadan müzakirəyə səbəb olacaq AÇIQLAMA

0

“O sənətçilərdənəm ki, nə qədər qazancım olsa, bir o qədər də layihələrim olur. Bundan həzz alıram”.

Xalq artisti Aygün Kazımova müzakirələrə səbəb olacaq açıqlamalar verib.

Lent.az xəbər verir ki, o, “10-da görüşək” verilişində qonaq olub.

“Düşünürəm ki, etdiklərim doğrudur. Məndən sonra mirasım, evim və sair, qızıma qalanlar yetər ona. Qalan şeylər – bunlar mal-mülkdür, Süleymana qalmayan dünya kimə qalacaq? Amma yaşayan mahnılarım, kliplərim, konsertlərim olacaq. Onlar ömür boyu yaşayacaq. Əşya isə xarab olub gedəcək” – o, bildirib.

Pop diva həmçinin, canlı əfsanə olması ilə bağlı suala belə reaksiya verib:
“Bunu deyən insanlara minnətdaram. Əfsanələşmə deyəndə, yəqin ki, bu yol oraya gedir. Vaxt keçdikcə, artıq görürlər ki, zaman hər şeyi göstərir, önə çıxarır. Bizim əfsanə, dahi sənətkarlarımız da bu yolları belə keçiblər. Yəqin ki, mənim yolum da gedib “Əfsanə xanım”ın evinə çatar”.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »