Qələbə günü ərəfəsində Moskva şayiələr və fərziyyələrlə dolu bir çaxnaşma yaşayırdı.
Vladimir Putin Rusiyanın Ukraynaya hücumu ilə bağlı ciddi bəyanat hazırlayıbmı? O, bir növ qələbəni elan edəcəkmi? Yoxsa eskalasiya siqnalı?
Putin bunların heç birini etmədi.
Qırmızı Meydanda rus qoşunlarına və rus xalqına müraciətində Kreml lideri Ukraynaya hücumu tez-tez səsləndirdiyi əsaslandırmanı təkrarladı: Rusiyadan başqa hamını günahlandıran arqument.
O, Amerika, NATO və Kiyevdəki hökuməti tənqid edərək (hər zamankı kimi) onların hərəkətlərinin Rusiyanın özünün təhlükəsizliyini təhdid etdiyini iddia etdi. O, (hər zamankı kimi) Ukraynadakı “neonasistlər”ə istinad etdi. Biz bunu tez-tez Rusiya rəsmilərindən eşidirik ki, Ukraynanın faşistlər, ultra-millətçilər və nasizm tərəfindən zəbt edilməsi barədə mütəmadi olaraq, əsassız iddialar səsləndirirlər.
Prezident Putin Rusiyanın hərbi itkilər verdiyini etiraf etdi, lakin təfərrüatları açıqlamadı. Rusiya Müdafiə Nazirliyinin açıqladığı son rəsmi rəqəmlərə görə, 1351 rus əsgəri həlak olub. Ancaq bu, altı həftə əvvəl paylaşılan xəbər idi. O vaxtdan bəri heç bir yeniləmə yoxdur.
Maraqlıdır ki, cənab Putin Rusiyanın hücumunu təsvir etmək üçün, tanış “Xüsusi Hərbi Əməliyyat” ifadəsini işlətmədi. Və bunu müharibə adlandırmadı. Lakin o, hazırkı döyüşlərlə İkinci Dünya Müharibəsi arasında paralellər aparmağa çalışdı. Hitlerin məğlubiyyəti ilə əlaqədar, Rusiya ictimaiyyətinin işğala dəstəyini artırmaq üçün, vətənpərvərlik hisslərini səfərbər etmək cəhdi.
Çıxışdan sonra, minlərlə rus əsgəri Qızıl Meydandan keçdi, baxmayaraq ki, burada keçən ilki Qələbə Paradında olduğundan daha az əsgər var idi. Hərbi texnika da təqdim olundu. Lakin planlaşdırılan hərbi uçuş, pis hava şəraitinə görə, rəsmi olaraq ləğv edildi.
Kreml Ukraynada qələbəni tez bir zamanda gözləyirdi, hətta ola bilsin ki, qoşunları gətirildikdən bir neçə gün sonra. Lakin, bu baş vermədi.
Burada çoxları hesab edirdi ki, prezident Putinin B planı mayın 9-da qələbəni təmin etməli idi. Bu da olmadı.
Prezident Putin bundan sonra nə edəcək? Bugünkü çıxışda bir neçə ipucu var idi. Ancaq döyüşün bitməsi üçün, heç bir siqnal verilmədi.
Comments are closed.