RUBL GÜCLƏNİR, YOXSA…

Avtoritar rejimdə təbii qanunauyğunluq yoxdur. Bir məsələni dərk etmək lazımdır ki, bu gün Rusiyada artıq günbəgün kəskin bahalaşmalar olur və istehlak malların qiyməti günü-gündən artır. İnfilasiya da sürətlə artır. İnsanlar bunların sayəsində kasıblaşır. Bir tərəfdən də hökümət əhalinin cibinə girir, rublun ritmini saxlasın. Ona görə, bu nə vaxtadək davam edə bilər ki? Bir gün rus xalqı da oyana bilər…

Güclü pulun arxasında, güclü iqtisadiyyat dayanmalıdı. Bu gün Rusiyaya tətbiq edilən sanksiyalar ölkədən məhsulları ixrac etməyin qarşısını alır. Portnyorlar rus mallarından imtina edirlər. Bütün komunikasiyalar bağlanır. Heç bir ölkə bugünədək belə geniş və ciddi sanksiyalarla üzləşməyib. Əgər ölkəyə pul gəlmirsə, investisya qoyulmursa, olan investorlar da ölkəni tərk edirsə, müəssələr işini dayandırırsa, belə bir ölkənin iqtisadiyyatı necə güclü ola bilər? Buna görə də, tətbiq edilən sanksiyalar onun iqtisadi çöküşünü labüdləşdirir. Ölkənin maliyə rzervlərinə sanksiya qoyulubsa, deməli bu rublun güclənməsi müvəqqətidir. Bu sünülük də müvəqqətidir. Yaxın aylarda bu iflasın şahidi olacağıq. Burda daha bir faktor – müharibə amilidir. Dünən əldə etdiyim vacib məlumata görə, Rusiyaya gündə 900 milyon dollar civarında ziyan dəyir. Bilirsizmi bu nə deməkdir? Rus iqtisadiyyatının defoltudur. Ölkənin iqrtisadiyyatı bir ütü istesal edə bilmirsə, o necə yeni nəsil, yeni modifikasiyalı silahlar istehsal edə bilər? Həm də yeni texnologiyaların olmaması sayasində buna imkan yoxdur. Əgər təsəvvür etsək ki, Rusiyaya gəlir gətirən sahələrindən biri də silah satışıdır. Bu gün Rusiya nəinki silah satmaq, heç öz cəbhəsini belə təmin edə bilmir. Həm də alıcıları rus silahından imtina edirlər. Rusiyanın ağır sənayesinin əsas müəssələri dayanıb. Ona görə də Rusiyanın bu sahədə iddiaları blefdir.

Putin müharibədən əvvəl, qadağalar dönəmində ölkənin iqtisadi tempeni saxlamağın yollarını göstərərkən, ümidini ölkənin qiymətli yeraltı sərvətlərinə bağlamışdı. Hamı da bunu bəh-bəh ilə qarşılayırdı. Amma, o yeraltı sərvət kara gəlmir və uzun müddət də gəlməyəyəcək.

Qeyd etdiyim, bütün bu sadaladıqlarım rus imperializminin xislətindən doğur.

Yaşar NƏZƏROV   İqtisadçı

Comments are closed.

Tərcümə »