Bakıda yaşayış binasında bədbəxt hadisə – VİDEO

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış binasında bədbəxt hadisə baş verib.

IctimaiRey.az  Xəzər TV-yə istinadən xəbər verir ki, dərhal hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər qrupu hadisə yerinə cəlb olunub.

Məlum olub ki, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi dəhlizinin tavanının qismən uçması nəticəsində 3 mənzilin giriş qapısının qarşısı bağlanıb və nəticədə 4 nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər mənzillərin giriş qapısının açılmasına maneə yaradan dağıntıları operativ olaraq aradan qaldıraraq vətəndaşları mənzillərdən təxliyə ediblər.

Comments are closed.

Tərcümə »