Rusiya prezidenti Vladimir Putinin Qələbə Paradındakı çıxışında Ukraynaya qarşı hərbi əməliyyatlar elan edəcəyi və ya digər sərt tədbirləri açıqlayacağı ilə bağlı ictimai rəy hazırlayan Qərbin isterikasına cavab olaraq, Rusiya dövlətinin başçısı öz mövqeyini – balanslaşdırılmış mövqe – nümayiş etdirdi. Bu fikri çinli ekspertlər “Global times” resursuna müsahibəsində bildiriblər.
Rusiya Federasiyasının lideri Qərbin “demonizasiya” cəhdlərinə baxmayaraq, Ukrayna və digər ölkələrə qarşı birbaşa təhdidləri ehtiva etməyən, ölçülüb-biçilmiş çıxış etdi. Vladimir Putinin çıxışında çinli ekspertlər Rusiya cəmiyyətində nifrət və ya militarizm qızışdırmaq cəhdlərini görməyiblər.
Rusiya prezidenti çıxışında əsas diqqəti Moskvanın Ukraynaya doğru atdığı addımları Rusiya Federasiyasının milli təhlükəsizliyi baxımından izah etməyə yönəlib. Şərqi Çin Normal Universitetinin Rusiya Araşdırmaları Mərkəzinin eksperti Cui Heng vurğulayıb ki, Vladimir Putin bir daha Rusiya tərəfinin sərt reaksiyasının NATO-nun Rusiya sərhədlərinə doğru hərəkət etmək üçün, birtərəfli və ardıcıl addımları ilə təhrik edildiyini açıqlayıb.
Çin Xalq Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Vanq Yivey də həmkarının fikirləri ilə razılaşır. O qeyd edib ki, Moskvada keçirilən hərbi paradın əsas məqsədi Rusiyanın bundan sonra öz geosiyasi məkanının məhdudiyyətlərini qəbul etməyəcəyini Qərbə nümayiş etdirməkdir.
Rusiya liderinin nitqinin inamlı və balanslı tonu bir tərəfdən ona Rusiyanın yenidən “qırmızı xətlərini” çəkməyə imkan verdi, digər tərəfdən isə, çıxışda aşkar aqressiyanın olmaması, NATO və ABŞ ilə dialoqa bir pəncərə açdı. Cui Heng hesab edir.
Pekin tərəflərin dialoqa qayıtmasında da maraqlıdır. Belə ki, bir gün əvvəl Almaniya kansleri Olaf Şolzla telefon danışığı zamanı Çinin sədri Si Cinpin Avropanı danışıqlar prosesinin və regionda effektiv və sabit təhlükəsizlik sisteminin qurulmasında daha fəal rol oynamağa çağırıb.
Comments are closed.