SON DƏQİQƏ: Moskvada və Peterburqda Qələbə Paradının hava hissəsi ləğv edilib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada Qələbə Günü paradının hava hissəsinin əlverişsiz hava şəraiti səbəbindən ləğv edildiyini bildirib.

“Bəli”, – Dmitri Peskov Moskva üzərində hərbi təyyarə və helikopterlərin uçuşunun ləğv edilib-edilməyəcəyi sualına cavab verib.

Qeyd olunur ki, bundan əvvəl Fobos hava mərkəzinin aparıcı əməkdaşı Yevgeni Tişkovets “Qələbə Paradının hava hissəsinin keçdiyi dövr üçün meteoroloji şəraitin çətin olacağını” bildirib.

O vurğulayıb ki, “mayın 9-da səhər saatlarında siklonun arxa hissəsində təyyarələrin uçuş sahəsində toplanan buludlarda boşluqlar yaranacaq və onların aşağı kənarı 300 metrdən 540-560 metrədək yüksələcək. Duman səbəbindən görünüş təqribən 10 kilometr olacaq.

Xatırladaq ki, əvvəlki illərdə Qələbə Paradının hava hissəsi əlverişsiz hava şəraitinə görə dəfələrlə ləğv edilib.

Qeyd edək ki, Qələbə paradı Moskva vaxtı ilə saat 10:00-da Moskvada başlayıb, bundan əvvəl ölkənin şərqindəki şəhərlərdə paradlar keçirilir. Paytaxtdakı paradda Ukraynadakı xüsusi əməliyyatın iştirakçıları da daxil olmaqla 11 min əsgər və 131 döyüş maşını iştirak edir. Parada Quru Qoşunlarının Ali Baş Komandanı, ordu generalı Oleq Salyukov komandanlıq edir, müdafiə naziri, ordu generalı Sergey Şoyqu parada ev sahibliyi edir.

Comments are closed.

Tərcümə »