Fransanın keçmiş baş naziri 4 il müddətinə azadlıqdan məhrum edilib

Fransanın keçmiş baş naziri Fransua Fiyon 4 il müddətinə azadlıqdan məhrum edilib

Fransanın keçmiş baş naziri Fransua Fiyon həyat yoldaşını qondarma işə götürdüyünə görə 4 il, o cümlədən 1 il həbs cəzasına məhkum edilib. Bu barədə BMF telekanalı Paris Apellyasiya Məhkəməsinin qərarına istinadən məlumat yayıb.

Onun həyat yoldaşı Penelope Fiyon isə, iki il şərti həbs cəzasına məhkum edilib.

Qeyd olunur ki, keçmiş baş nazirin həyat yoldaşı bir neçə il ərzində parlamentin aşağı palatasının (Milli Assambleya) deputatı işlədiyi müddətdə ərinin köməkçisi kimi qondarma siyahıya salınıb və bununla da qanunsuz olaraq 500 min avro alıb. Daha sonra işə, cəlb olunan vəsaitin məbləği 900 min avroya yüksəlib.

Fransua Fiyon 2007-2012-ci illərdə prezident Nikola Sarkozinin dövründə Fransanın baş naziri olub. Məlumdur ki, o, həmin vaxt Rusiya prezidenti Vladimir Putinlə dostluq münasibətlərinə başlayıb. 2016-2017-ci illərdə Fiyon prezidentlik yarışında iştirak edib və ehtimal qaliblərdən biri hesab edilsə də, sözügedən qalmaqala görə vəzifələrini əldən verib.

2021-ci ilin iyununda Paris məhkəməsi Fiyonu bu işdə təqsirli bilib, onu beş il müddətinə azadlıqdan məhrum edib, o, iki il həbsxanada yatmalı idi. Ötən il noyabrın 15-də Paris Apellyasiya Məhkəməsi bu iş üzrə eks-baş nazir və onun həyat yoldaşının apellyasiya şikayətinə baxmağa başlayıb.

Comments are closed.

Tərcümə »