Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-in Azərbaycan mərhələsi başlayıb. Mayın 26-29-da Bakıda keçiriləcək festivalda prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı gözlənilir.
İctimairey.az xəbərlərə görə bildirir ki, festivalda işğal altında olan Qarabağın xilas edilməsində mühüm rol oynamış sənaye və texnologiya naziri Mustafa Varank və Bayraktar da olacaq.
Türkiyədən bir çox müdafiə sənayesi firmasının qabaqcıl texnologiya məhsullarını nümayiş etdirəcəyi festivalda Türk Ulduzları da çıxış edəcək.
Məşhur müğənni Azərinin Qarabağ Qələbəsindən sonra, məşhur “Cırpınırdı Karadeniz” mahnısını ifa edəcəyi festivalda azərbaycanlı pilotlar da hava şousu ilə çıxış edəcəklər.
Texnologiyanın nəbzinin döyünəcəyi festivalda məşhur DJ-lər, caz, pop və klassik musiqi sənətçiləri səhnəyə çıxacaq. Girişin pulsuz olduğu TEKNOFEST Azərbaycan üçün ziyarətçilərin qeydiyyatı davam edir.
4 gün davam edəcək festivalda iştirakçılar şəxsiyyət vəsiqələri ilə tək bilet ala biləcəklər və ziyarətçilər biletdə göstərilən tarixdə festivala daxil ola biləcəklər. Festival ərazisinə daxil olmaq üçün, 5 yaş məhdudiyyəti olsa da, 7 yaşdan yuxarı uşaqlar qeydiyyatdan keçməli və dəvətnamə almalıdırlar.
Esmira ŞÜKÜROVA İctimairey.az
Comments are closed.