Əfqanıstanda Taliban administrasiyası qadınlara bütün bədənlərini örtən burka geyinməyə məcbur edib.
2021-ci ilin avqustunda ABŞ-ın geri çəkilməsi ilə Əfqanıstanı nəzarətə götürən Taliban rəhbərliyi qadınlarla bağlı yeni qərarını açıqlayıb. İctimairey.az yayımlanan xəbərə görə bildirir ki, Taliban və Əfqanıstan İslam Əmirliyinin üçüncü Ali Baş Komandanı Hibetullah Axundzadə bir fərmana əsasən, “Onlar burqa (başdan-ayağa) geyinməlidirlər, çünki bu, ənənəvi və hörmətlidir” deyib. Qərar Taliban səlahiyyətliləri tərəfindən paytaxt Kabildə təşkil edilən mərasimdə açıqlanıb.
Fərmanda deyilir ki, “Çox yaşlı və ya cavan olmayan qadınlar naməhrəm kişilərlə (böyük yaxın kişi qohumları) görüşərkən təxribata yol verməmək üçün, şəriət hökmlərinə əsasən gözlərindən başqa üzlərini örtməlidirlər”.
A.Axundzadə əlavə edib ki, qadınların çöldə mühüm işi yoxdursa, “evdə qalsalar yaxşıdır”.
Comments are closed.