Son dəqiqə… Moskvadan fotolar! Dünyaya mesaj – VİDEO

Ukraynada gözlədiyi qələbəni ala bilməyən Rusiya lideri Putin üçün geri sayım başladı və beynəlxalq xəbər agentlikləri bir-birinin ardınca Moskvadan onlarla fotonu dünyaya təqdim etdi.

Dünyanın gözü mayın 9-da, bazar ertəsi Rusiyanın paytaxtı Moskvanın simvolu olan Qırmızı Meydanda olacaq. Rusiya hər il mayın 9-da İkinci Dünya Müharibəsindəki qələbəsini qeyd edir.NEWSru.com :: В Москве прошел Парад Победы в честь 9 мая (ВИДЕО)

Ukraynanı işğal etməyə cəhd edən Rusiya lideri Vladimir Putinin mesajları artıq maraq doğurur. Rusiya ordusu isə, Qızıl Meydanda son məşqlərini edir.

Beynəlxalq xəbər agentlikləri Moskvadan bir-birinin ardınca dünyaya onlarla foto təqdim edirlər. Fotolarda ən diqqət çəkən detal işğalın simvoluna çevrilmiş Z hərfi şəklində uçan döyüş təyyarələridir.

Rusiya ordusu da silahlarını, xüsusən də qitələrarası ballistik raket YARS-ı Qızıl Meydandan keçirdi. Nüvə başlıqları daşıya bilən uzaqmənzilli bombardmançı Tupolev Tu-22M3 təyyarələri də Moskva səmasında peyda olub.

Putinin mümkün nüvə müharibəsində minəcəyi “Qiyamət günü” təyyarəsi İlyuşin İl-80 növbəti dəfə Qırmızı Meydan üzərində uçub.

Qələbə günü Rusiyada bir çox ailələr üçün, çox mənalı bir bayramdır. Bu Qələbə Gününün Rusiya Ordusu üçün də xüsusi mənası var, çünki Vladimir Putinin Rusiyanın Ukrayna müharibəsində “qalibiyyətlərini” elan edəcəyi gözlənilir.

Bəs bu günün əhəmiyyəti nədir? BBC Rus Xidmətindən Olqa İvşinanın təhlili, “İkinci Dünya Müharibəsi bu günə qədər ən böyük müharibə idi. Müharibə 1939-cu ilin sentyabrında Almaniyanın Polşaya hücumu ilə başladı və 1945-ci ildə sona çatdı. Müharibədə on milyonlarla insan həyatını itirdi. Milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qaldı”.

Sovet İttifaqı bu müharibədə faşist Almaniyasını məğlub edən ittifaqın bir hissəsi və yəqin ki, müharibədən ən çox təsirlənən ölkə olub. Çünki müharibənin böyük hissəsi Rusiyadan keçib.

1945-ci ilin mayında Almaniya İkinci Dünya Müharibəsində qeyd-şərtsiz təslim olmaq haqqında müqavilə imzalayaraq, Avropada məğlubiyyətini etiraf edib. Bu sənəd qitədəki müharibəni dayandırıb. Lakin Asiyada Yaponiya ilə müharibə həmin ilin avqustuna qədər davam edib.

SAAT 23.01 GÖSTƏRİRDİ

Mütləq təslim müqaviləsi mayın 8-də Berlin yaxınlığında imzalanıb. Almanlar yerli vaxtla saat 23:01-də bütün əməliyyatlarını dayandırıblar. Rusiyada gecə yarısını keçmişdi.

Buna görə də Qələbə Günü bir çox Avropa ölkələrində və ABŞ-da 8 Mayda, Rusiya, Serbiya və Belarusda isə, 9 Mayda qeyd olunur.

Qələbə günü uzun və qanlı müharibəni bildirirdi. Sovet İttifaqında bir çox ailə qohumlarını itirib. Lakin Qələbə günü tezliklə öz anma məqsədini aşaraq, dövlətin ideoloji alətinə çevrildi.Путин использует День Победы, чтобы показать, зачем он нужен России сегодня  | 18.01.2022, ИноСМИ

18 İL SONRA RƏSMİ BAYRAM ELAN EDİLDİ

Müharibənin bitməsindən təxminən 20 ilə qədər 9 May Sovet İttifaqında milli bayram deyildi və yalnız böyük şəhərlərdə atəşfəşanlıq və yerli tədbirlərlə qeyd olunurdu.

1963-cü ildə o vaxtkı Sovet lideri Leonid Brejnev nasist Almaniyasına qarşı qələbə siyasəti həyata keçirməyə başladı. Bəzilərinin fikrincə, bundan məqsəd ölkədə zəifləyən ideoloji əsasları və vətənpərvərlik hisslərini gücləndirmək olub.

Mayın 9-da bütün ölkədə bayram tədbirləri başladı və Qızıl Meydanda hərbi paradlar keçirildi. Mayın 9-u istirahət günü elan edildi.

MƏRASİMİN SİYASİLƏŞDİRİLMƏSİ

21-ci əsrin əvvəllərində Rusiya lideri Vladimir Putin Qələbə Gününə daha çox əhəmiyyət verir və onu rus kimliyinin ayrılmaz hissəsinə çevirməyə çalışıb. Qələbə bayramı şənliklərinin həcmi artıb, lakin hər keçən il hələ də sağ olan və qeyd etmələrə qatıla bilən veteranların və şahidlərin sayı azalırıb.

Nasizmin məğlub edilməsində Rusiyanın əsas rolu ilə bağlı rəsmi  daxili kursu 2020-ci ildə bir sıra düzəlişlər çərçivəsində konstitusiyaya daxil edilib.Около 50 тыс. военных задействуют в праздновании Дня Победы: Общество:  Облгазета

Mühafizəkar dəyərləri və millətçiliyi vurğulayan bu dəyişikliklərlə Rusiya vətəndaşlarının qələbə ilə bağlı tarixi rəsmi daxili kursunu sorğulamaq qadağan edildi.

Moskva Ali İqtisadiyyat Məktəbinin İkinci Dünya Müharibəsi tarixi və sosiologiyası üzrə beynəlxalq mərkəzin direktoru Oleq Budnitski deyir: “Qələbə mərasimi 2000-ci illərdə Sovet dövründə olduğundan daha böyük şövqlə canlandırılıb”. Bu gün də qələbə əhval-ruhiyyəsi həm mediada, həm də kütləvi şüurda hökmranlıq etməkdə davam edir.

SORĞUNUN NƏTİCƏSİ

Vətənpərvərlik şənliklərində daha böyük həqiqətlərə göz yumulub. Tarixçilər qeyd edirlər ki, Rusiyada geniş istifadə olunan İkinci Dünya və ya Böyük Vətən Müharibəsi siyəsətində ruslar alman işğalını dayandırmaq üçün, böyük insan itkiləri kimi əsas elementləri ikinci plana qoyurlar.

2020-ci ildə hökumət sorğusuna əsasən, respondentlərin böyük əksəriyyəti qohumlarının müharibəni harada və necə keçdiyi barədə çox az şey bildiklərini söylənilib.

Sorğunun nəticələrinə görə, 18-24 yaşlı gənclərin yalnız üçdə birindən azı Böyük Vətən Müharibəsinin nə vaxt başladığını bilir. (1941-ci ilin iyununda nasist Almaniyası Sovet İttifaqına hücum edəndə)

İMTİYAZLI FENOMENAL TƏŞƏBBÜS

2014-cü ildən sonra, Ukraynanın şərqində yaranan gərginliklə dövlət mediası nasistlərlə müharibəyə daha çox önəm verməyə başladı.

Ukraynanın işğalı zamanı Ukraynada ifrat sağçıların hakimiyyətə gəldiyini deyən Rusiya rəsmiləri faşizmin məğlub edilməsində rusların tarixi roluna diqqət çəkiblər.

Müharibədə həyatını itirənlər üçün, vətəndaş təşkilatları tərəfindən edilən anım təşəbbüslərini dövlət qəbul edib.

Məsələn, Sibirin Tomsk şəhərində bir qrup müstəqil jurnalist müharibədə həyatını itirənlər üçün “Ölməz alay” adlı təşəbbüslə çıxış edib.

Bu təşəbbüsün əsasında xalqın Qələbə Günündə müharibədə həlak olanların fotoşəkilləri ilə yürüşə çıxması nəzərdə tutulurdu. Bu təşəbbüs tez bir zamanda milli bir fenomenə çevrildi.

2015-ci ildə eyni adlı dövlət strukturu yaradılıb. Hərəkatın ilk təsisçiləri istisna edilib.

“Ölməz alay” hökumətin təşəbbüsünə çevrilib. Bu, dövlət qulluqçularının, tələbələrin və dövlət mediasının bəzən məcburi şəkildə iştirak etdiyi tədbirə çevrilib. Bununla da Rusiya rəsmiləri şənliklərin dövlətin nəzarəti altında keçirilməsinin düzgün olduğu mesajını verirdilər.

2020-ci ildə İkinci Dünya Müharibəsində Qələbənin 75-ci ildönümünün qeyd edilməsi, Covid-19 pandemiyası səbəbindən may ayından iyunun sonuna keçirilib və möhtəşəmliyi ilə diqqəti cəlb edib.

Paradda 20 mindən çox əsgər, yüzlərlə təyyarə və zirehli texnika iştirak edib. Rus ordusu öz inventarında müasir silahlarla gücünü göstərib.

Və Rusiya bu silahları iki ildən az vaxt sonra, Ukraynada istifadəyə verdi. Putinin sözlərinə görə, Rusiyanın məqsədi Ukraynanı “demilitarizasiya etmək” və “onu nasistlərdən təmizləməkdir”.

Kiyevin işğalı və Ukrayna hökumətinin devrilməsi kimi məqsədlər üçün, sürətli nəticələr əldə oluna bilmədi. Lakin rus komandirlərinin 9 May Qələbə Gününün ildönümünü qeyd etmək üçün səy göstərdiyi güman edilir. Bu tarixə qədər əhəmiyyətli uğurlar əldə oluna bilsəydi, Moskvanın Qələbə bayramını təbliğat üçün, yenidən kəşf etmək şansı olardı. Bununla belə, əldə olunan məqamda qeyd ediləcək heç bir əlamətdar nailiyyət yoxdur”.

Esmira ŞÜKÜROVA  İctimairey.az 

 

 

Comments are closed.

Tərcümə »