Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən 2 milyon 800 min kvadratmetr sahədə dənizi dolduraraq, inşa edilən nəhəng layihə başa çatıb.
Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən Rizənin Pazar rayonunda, Yeşilköydə 1000 hektar sahədə layihələndirilən Rize-Artvin Hava Limanının təməli 3 aprel 2017-ci ildə qoyulub. Dəniz dolğusu ilə bağlı layihədə 100 milyon ton daşdan istifadə edilərək, 2 milyon 800 min kvadratmetrlik dənizin doldurulması tamamlanıb.
İldə 3 milyon sərnişinin istifadə etməsi gözlənilən və infrastruktur işləri 1 milyard 78 milyon lirəyə başa gələn, Rize-Artvin Hava Limanı 5 ildə sona çatıb. Hava limanında uzunluğu 3 min metr, eni 45 metr olan uçuş-enmə zolağında naviqasiya cihazlarının işə salınması ilə, uçuş idarəedici təyyarə sınaq uçuşu həyata keçirilib.
Türkiyənin 2-ci, dünyanın isə, 5-ci hava limanı olan və dənizi dolduraraq inşa edilən Rize-Artvin Hava Limanı, 32 min kvadratmetr terminal binası daxil olmaqla, cəmi 47 min 133 kvadratmetr qapalı sahədən və digər köməkçi binalarlardan ibarətdir.
İLK TƏYYARƏ İLƏ ƏRDOĞAN VƏ ƏLİYEV UÇACAQ
135 min kvadratmetrdən çox landşaft sahəsi olan hava limanının 49 min kvadratmetri Qara dənizin coğrafi xüsusiyyətlərinə uyğun olaraq, 1453 ağacla yaşıllaşdırılıb. Ən son ekoloji tənzimləmələrin edildiyi hava limanına ilk eniş mayın 14-də prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevi daşıyan təyyarələrlə həyata keçiriləcək.
Rizedə vətəndaşlar da böyük həyəcanla hava limanının açılışını gözləyirlər. İsmail Hakkı Yılmaz, “Rize-Artvin Hava Limanının açılması bizim üçün daha yaxşı olacaq. Qısa məsafə işimizi daha da asanlaşdıracaq. Turizmdən iqtisadiyyatımıza böyük töhfələr verəcək. Açılışda orada olmaq və bu möhtəşəm anın şahidi olmaq istəyirəm”. – vurğulayıb.
Prezidenti hava limanında qarşılayacaqlarını bildirən Osman Sandıkçı “Şəhərimizdə belə bir hava limanının açılması çox gözəldir. 10 il əvvəl desəydilər ki, Rizədə dənizi dolduraraq hava limanı tikəcəyik, mən buna inanmazdım, yuxu deyərdik, amma gerçəkləşdi. Çox xoşbəxtik, həyəcanlıyıq. Mayın 14-də açılışda prezidentimizi qarşılayacağıq. Biz orada olacağıq və bu həyəcanı birlikdə yaşayacağıq”.
‘5 İLDİR BU ANI GÖZLƏYİRİK’
5 ildir bu anı gözlədiklərini ifadə edən Fatma Ünal, “Şəhərimizdə bu xidməti səbirsizliklə gözləyirdik. Tezliklə İstanbula gedəcəm, geri qayıdarkən Rizə-Artvin hava limanına enəcəm. Bu, bizim üçün böyük qürurdur” deyib.
Mustafa Çelik, “Aeroport qısa müddətdə tikildi. İndi Rize-Artvin hava limanına gedəcəyik. Əvvəllər İstanbula getmək üçün, Trabzona erkəndən gedirdik. İndi 10 dəqiqəyə hava limanına gedəcəyik. Yaxın məsafə. Mayın 14-də açılışda olacağıq və ən qısa zamanda gediş-dönüş biletlərimizi alacağıq”.
Esmira ŞÜKÜROVA
Comments are closed.