SON DƏQİQƏ! Rusiya ABŞ-ın silahlarını vurdu

Rusiya Silahlı Qüvvələri “İsgəndər”lə ABŞ və Avropa İttifaqından Ukrayna Silahlı Qüvvələrinə verilən silahları və Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini atəşə tutub.

IctimaiRey.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

“Xarkov vilayətinin Krasnoqrad və Karlovka dəmiryol stansiyaları ərazilərində “İsgəndər” operativ-taktiki raket kompleksləri ABŞ və Qərb ölkələrindən gətirilən böyük miqdarda silah və hərbi texnikanı, habelə Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini məhv edib.”, – Konaşenkov bildirib.

Comments are closed.

Tərcümə »