Mariupolda döyüşlər: cümə günü mühasirəyə alınmış şəhərdən yeni təxliyə başlayıb – VİDEO

0

Son ukraynalı müdafiəçilərin saxlandığı polad zavoduna nəzarət üçün, daha çox döyüşlərin getdiyi bildirilir.

İctimairey.az  BMT-nin məlumatına görə xəbər verir ki, mülki əhalinin Mariupoldan çıxarılması üçün, üçüncü əməliyyatın bu gün, cümə günü keçirilməsi planlaşdırılır.

Zavodda 200-ə yaxın mülki şəxsin bunkerlərdə gizləndiyi də ehtimal edilir.

BMT-nin baş katibi Antonio Guterres deyib ki, “insanları bu cəhənnəmdən çıxarmaq” üçün, hər şey edilməlidir.

Vladimir Putin bildirib ki, onun qoşunları mülki əhalinin təhlükəsiz keçidini təmin etməyə hazırdır, lakin silahlılar təslim olmalıdır.

Rusiya prezidenti artıq Mariupolda öz qoşunlarına Soyuq Müharibə dövründə nüvə bunkeri kimi layihələndirilmiş və yerin dərinliklərində tunellər şəbəkəsinə malik olan nəhəng sənaye zonasını nəzarət altına almağa çalışmaqdansa, onu bağlamağı əmr edərək, artıq qələbəni elan edib.

Bununla belə, polad zavodunda qalan Ukrayna qüvvələri – Azov alayının üzvləri, bir neçə dəniz piyadası, sərhədçilər və polis Rusiyanın hücumlarının davam etdiyini bildirir.

Ukrayna prezidenti Zelenski gecə çıxışında Rusiyanın polad zavodunu atəşə tutması və nəzarəti ələ keçirmək cəhdlərinin davam etdiyini bildirib.

“Sadəcə bu cəhənnəmi təsəvvür edin. Və uşaqlar! İki aydan çox davamlı atəşlər, bombardmanlar, yaxınlıqda daimi ölümlər” deyib.

Azov alayı polad zavodunda baş verən partlayışları əks etdirən dron görüntülərini yayıb, lakin görüntülərin tarixini dəqiqləşdirmək mümkün olmayıb. Cümə axşamı Azov alayının komandiri Svyatoslav Palamar bildirib ki, ukraynalı müdafiəçilər kompleksin bir hissəsinə daxil ola bilən rus qoşunları ilə “ağır, qanlı döyüşlər” aparırlar.

Lakin Kreml qüvvələrinin zavoda hücum cəhdini inkar edib və humanitar dəhlizin cümə axşamı başlayan üç günlük atəşkəs çərçivəsində açıldığını təkid edib.

Cənab Quterreş mülki əhalinin şəhərdən çıxarılması üçün, üçüncü əməliyyatın davam etdiyini və cümə günü şəhərə çatacağını söyləyib. Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk sosial şəbəkələrdə bunun günorta saatlarında baş verəcəyini açıqlayıb.

Polad zavodunda mülki şəxslər arasında ən azı 20 uşağın qaldığı güman edilir və ərzaq və su ehtiyatları sürətlə tükənir.

Qeyd edək ki, bazar günü mülki şəxslərin ilk qrupu zavoddan təxliyə edilib. Təqdim edilən kadrlardan görünüb ki, əsasən qadınlar və uşaqlara dağıntıların arasından keçməyə və pəncərələri olmayan avtobusa minməyə kömək edirlər.

Rusiya 10 həftə əvvəl Ukraynaya işğala başlayıb, lakin hələ də Ukraynanın heç bir böyük şəhəri üzərində tam nəzarəti ələ keçirməyib.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »