Braziliyalı Lula: Zelenskini Ukraynadakı müharibəyə görə, Putindən az cavabdeh deyil

0

Braziliyanın keçmiş prezidenti Luiz İnasio Lula da Silva Rusiyanın Ukraynaya təcavüz etməməli olduğunu söyləyib, lakin o, müharibədə Rusiya lideri Vladimir Putin qədər Ukrayna prezidenti Vladimir Zelenskinin də günahkar olduğunu  bildirib.

“Time” jurnalına müsahibəsində solçu lider həmçinin ABŞ prezidenti Co Baydenin münaqişəni qızışdırmaqdansa, qarşısını almaq üçün, daha çox şey edə biləcəyini söyləyib.

Qeyd edək ki, bu həftə Time jurnalının üz qabığında nümayiş olunan Lula oktyabrda keçiriləcək seçkilərdə öncül namizəddir, çünki o, ifrat sağçı prezident Jair Bolsonaronun yenidən seçiciləcəyindən ehtiyatlanır və keçən ilki korrupsiya ittihamı ilə həbs olunmasının ləğv edilməsindən sonra, hakimiyyətə qayıtmağa ümid edir.

Lula deyib ki, Qərb liderlərinin Zelenskini tərifləməsi məsuliyyətsizlikdir, çünki onlar döyüşü dayandırmaq üçün bağlı qapılar arxasında danışıqlara fokuslanmaq əvəzinə, müharibəni qızışdırırlar.

“Mən Ukrayna prezidentinin televiziyada danışdığını görürəm, o, bütün Avropa parlamentariləri tərəfindən ayaqda alqışlanır” – deyib.

“Bu oğlan Putin qədər müharibəyə görə məsuliyyət daşıyır. Çünki müharibədə bir adam  günahkar hesab edilmir”, o əlavə edib.

Lula deyib ki, Bayden və Avropa İttifaqı liderləri fevralda Ukraynaya müdaxilə etməzdən əvvəl. Rusiya ilə danışıqlar aparmaq üçün, kifayət qədər iş görməyiblər.

“Birləşmiş Ştatların çoxlu siyasi təsiri var. Və Bayden müharibədən qaça bilərdi, onu təhrik edə bilməzdi”. “Bayden Putinlə danışmaq üçün Moskvaya uça bilərdi. Liderdən gözlənilən münasibət budur”.

Onun sözlərinə görə, ABŞ və Aİ Ukraynanın NATO-ya üzv olmayacağını bəyan etməklə işğaldan yayına bilərdilər.

“Putin Ukraynanı işğal etməməli idi. Amma günahkar təkcə Putin deyil. ABŞ və Aİ də günahkardır”, – Lula bildirib.

 

 63 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »