Armen Aşotyan: Paşinyan Ermənistanı, Qarabağı  dünyanın paytaxtlarında hərraca çıxarıb

0

“Nikol Paşinyan (Ermənistanın baş naziri) ardıcıl olaraq dünyanın ən mühüm paytaxtlarında Ermənistanı hərraca çıxarır, Ermənistanı kim alacaqsa, çox ucuz qiymətə alacaq”. Bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan mayın 6-da İrəvanda keçirilən itaətsizlik yürüşü zamanı jurnalistlərə müsahibəsində deyib.

O, problemin həllini “həm Nikolun və  həm də “insanların  gözünün içinə baxıb aldadan, erməni uşaqlarını öldürən, ölkəni satan əxlaqsız dəstəsinin” uzaqlaşdırılmasında görür.

Aşotyan bu gün mətbuatda Ermənistanın daha 3200 hektar torpaq itirdiyi, lakin bu barədə xalqa heç bir məlumat verilmədiyi barədə dərc olunan nəşri xatırladaraq bildiri:

“Hörmətli xarici həmkarlar, Paşinyan əslində erməni xalqının maraqlarını təmsil etmir. Ermənistan satılmır, Qarabağ satılmır. Almağa çalışmayın, çünki sonra peşman olacaqsınız. Nikol Paşinyanın Ermənistanda səlahiyyəti yoxdur, ona görə də onunla istənilən sövdələşmə etibarsız olacaq”.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »