Türkiyə FLYONE ARMENIA şirkətinə hava məkanı  bağlayıb

0

Türkiyənin aviasiya orqanları FLYONE ARMENIA şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropa ölkələrinə uçuşlar həyata keçirmək (üst uçuş) imkanı verməmişdir.

İctimairey.az xəbər verir ki, bu barədə “FLYONE ARMENIA” məlumat yayıb və qeyd edib ki, mövcud vəziyyət nəticəsində şirkət 2022-ci il iyunun 10-dək İrəvan-Lyon-İrəvan və İrəvan-Paris-İrəvan reyslərini ləğv etmək məcburiyyətində qalıb.

Qeyd olunur ki, İrəvan-İstanbul-İrəvan reysləri qrafikə uyğun həyata keçirilir. Uçuşların bərpası ilə bağlı müvafiq məlumat veriləcək. Şirkət yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyib.

Ləğv edilmiş aviabiletlər və ya onun dəyəri tam geri qaytarılacaq.

 55 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »