ABŞ dövlət katibi Blinkenin Covid-19 testi müsbət çıxıb

0

ABŞ dövlət katibi Antoni Blinkenin Covid-19 testinin müsbət çıxdığı, ancaq xəstəliyin yüngül simptomlarının olduğu bildirilib.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Blinkenin bu gün etdiyi son Covid-19 testinin nəticəsinin müsbət olduğu qeyd edilib.

Blinkenin tam peyvənd olunduğu və yüngül simptomların olduğu bildirilən açıqlamada, nazirin günlərlə ABŞ prezidenti Co Baydenlə görüşmədiyi, bu səbəbdən də  yaxın təmasda olmadığı bildirilib.

Blinkenin analizləri mənfi çıxana qədər, evdə karantində olacağı və işinə buradan davam edəcəyi qeyd edilib.

 52 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »