SON DƏQİQƏ: Şimali Koreya Yapon dənizinə ballistik raket buraxıb

0

Şimali Koreya mayın 4-də Yapon dənizinə ballistik raket atıb.

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri yerli vaxtla saat 12:03-də (Bakı vaxtı ilə 7:03) Pxenyanın Sunan bölgəsindən atış aşkarladığını bildirib.

Yonhap xəbər agentliyi Cənubi Koreya ordusundan sitat gətirib: “Hərbçilərimiz əlaqəli hərəkətləri izləyir və hazırlıq vəziyyətindədir”.

Bundan əvvəl KXDR Fəhlə Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdir müavini Kim Yo Conq bildirib ki, Şimali Koreya müharibəyə qarşıdır, lakin Cənubi Koreya ona hücum edərsə, Pxenyan nüvə silahından istifadə etməkdən çəkinməyəcək.

Qeyd edək ki, buraxılış mayın 10-da vəzifəsinin icrasına başlamalı olan Cənubi Koreyanın seçilmiş prezidenti Yoon Seok-yeolun andiçmə mərasimindən bir neçə gün əvvəl həyata keçirilib.

2022-ci ildə Pxenyan 14 buraxılış həyata keçirib. Əvvəlki hadisə aprelin 16-da baş verib.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »