Ukraynanın Qara dənizdəki İlan (Zmeinıy) adasında olan Rusiya Federasiyası hərbçilərinin hamısı həlak olub.
İctimaiRey.az bildirir ki, məşhur ukraynalı jurnalist Roman Sımbalyuk bu barədə məlumat verib.
Onun sözlərinə görə, rusiyalı hərbçilər Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində məhv ediliblər.
“Bir qədər əvvəl adadan 8 rusiyalı hərbçi təlxiyə edilərək Krıma aparılıb. Təlxiyə edilən hərbi qulluqçulardan birinin dediyinə görə, komandanlıq zərbə endiriləcəyini bilsə də, gərəkli tədbirlər görməyib. İlan adasında Rusiyanın Qara Dəniz Hərbi Donanmasının 1229-cu kəşfiyyat mərkəzinin (531890 saylı hərbi hissə, Sevastopol) və 744 saylı rabitə mərkəzinin (40136 saylı hərbi hissə, Sevastopol) hərbi qulluqçuları olublar.
Bu hərbçilər hazırda rəsmi olaraq itkin düşmüş sayılırlar”, – R.Sımbalyuk yazıb.(milli.az)