İranda 48 nəfərin saxta içkilərdən – alkoqoldan zəhərlənərək xəstəxanaya yerləşdirildiyi, 5 nəfərin öldüyü, 11 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
İranın yarı rəsmi agentliyi Fars-ın məlumatına görə, Hörmüzqan Tibb Fakültəsinin İctimaiyyətlə Əlaqələr üzrə direktoru Fatma Nevruziyan bildirib ki, 48 nəfər spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya qaldırılanlardan 5-nin dünyasını dəyişdiyini qeyd edən Nevruzian vəziyyəti ağır olan 11 nəfərin reanimasiya şöbələrində müalicə olunduğunu, 3 nəfərin isə ciddi görmə itkisi keçirdiyini bildirib.
Digər tərəfdən, Bəndər Abbas şəhər polis rəisi Timur Dövlətyari şəhərdə spirtli içkidən zəhərlənməyə səbəb olan, saxta içki paylayan şəxslərin müəyyən edildiyini və indiyədək 8 nəfərin nəzarətə alındığını açıqlayıb.