SON DƏQİQƏ: Aksiya bütün Ermənistanı bürüyür. – VİDEO

0

Bu gün, mayın 3-də səhər tezdən Yerevanda yenidən dinc vətəndaş itaətsizliyi aksiyaları başlayıb. İnsanlar Nikol Paşinyanın rəhbərlik etdiyi komandanın istefasını tələb edərək yenidən küçələri bağlayır.

Aksiyalar mayın 2-də səhər saatlarında başlayıb. Bu gün həm İrəvanda, həm də regionlarda aksiyalar keçiriləcək.

Polis dinc etirazlara qeyri-mütənasib güclə cavab verir. Dünən 250-dən çox aksiyaçı həbs olunub. Bu səhər də artıq saxlanılanlar var.

Polis bir çox hallarda zor tətbiq edərək, vətəndaşları yolun hərəkət hissəsindən çıxarmağa çalışır.

İtaətsizlik aksiyalarının iştirakçıları “Türksüz Ermənistan”, “Nikolasız Ermənistan”, “satqın, get” şüarları səsləndirirlər.

Komitas prospektində xüsusi təyinatlılar itaətsizlik aksiyası iştirakçılarına yolu təmizləmək üçün, 5 dəqiqə vaxt veriblər. Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon da aksiyada iştirak edir. 5 dəqiqədən sonra polis zorla yolu təmizləməyə başlayıb.

Digər yerlərdə aksiyalar davam edir, Baqramyan prospekti, Xancyan küçəsi bağlanıb.

Baqramyan prospektində polis kobud güc tətbiq edərək, yolun hərəkət hissəsini boşaltmağa başlayıb.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »