Bill Qeyts: Koronavirus hələ də çox təhlükəlidir

0

Microsoft-un qurucusu Bill Qeys-ə görə, şansımız var ki, biz hələ koronavirus pandemiyasının ən pisini görməmişik.

Ötən illərdə Çində ortaya çıxan və sonra bütün dünyaya yayılan koronavirus epidemiyası son zamanlar təsirini itirməyə başlayıb.

Başda Azərbaycan olmaqla bir çox ölkədə hadisələrin sayı sürətlə azalarkən, epidemiya başlayandan bəri ritorikası ilə gündəmdə olan Bill Qeyts yenə qorxulu açıqlama verib.

2015-ci ildəki çıxışında dünyada epidemiya ola biləcəyinə işarə edən və illər əvvəl koronavirusu proqnozlaşdırdığı üçün, gündəmdə olan Qeyts son açıqlamaları ilə yenə reaksiyalar toplayıb.

Microsoft-un həmtəsisçisi Financial Times-a verdiyi müsahibədə koronavirus pandemiyasının hələ də təhlükəli ola biləcəyinə diqqət çəkib.

“Ən pis ehtimalı var”

“Mən fəlakətin müjdəçisi olmaq istəmirəm, lakin 5 faizdən çox şansımız var ki, biz koronavirus pandemiyasının ən pisini görməmişik” Qeyts. deyib.

“Biz hələ də bu pandemiyanın daha yoluxucu və daha ölümcül olacaq variantını yaratmaq riski altındayıq” deyən Qeyts daha da yoluxucu və daha ölümcül variantın mümkünlüyü barədə xəbər verib.

Qeyts müsahibədə qlobal sağlamlığın fövqəladə hallarına nəzarət etmək üçün, işçi qrupu yaradılmalı olduğunu və hazırda Ümumdünya Səhiyyə Təşkilatının ölümcül yeni virusları axtaran 10-dan az tam ştatlı işçinin olduğunu söyləyib.

Qeytsin sözlərinə görə, ÜST komandasına kompüter modelçiləri və epidemioloqlar da daxil olmaqla, geniş ekspert heyəti daxil edilməlidir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »