Cill Bayden Rumıniya və Slovakiyadakı ukraynalı qaçqınlara baş çəkmək üçün səfər edəcək

0

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden Slovakiya və Rumıniyadakı ukraynalı qaçqınlara baş çəkəcək.

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden ukraynalı qaçqınlarla görüşmək üçün, həftə sonu Slovakiya və Rumıniyaya səfər edəcək.

Ağ Evdən verilən açıqlamada ABŞ-ın birinci xanımının 8 May Analar Gününü ukraynalı ana və uşaqlarla keçirəcəyi bildirilib.

İctimairey.az xəbər verir ki,  açıqlamada, Baydenin 5 may Cümə axşamı günü 5 günlük səfəri zamanı Slovakiya və Rumıniyada çalışan ABŞ diplomatları və humanitar personal, habelə qaçqınlarla görüşəcəyi qeyd edilib.

Rumıniya və Slovakiya turu Baydenin keçən il 2020-ci il Tokio Olimpiya Oyunlarının açılış mərasiminə səfərindən sonra, Firs Lady kimi xaricə ikinci səfəri olacaq.

Ukraynanın sərhəd qonşusu və eyni zamanda NATO üzvü olan iki Şərqi Avropa ölkəsi Rusiya-Ukrayna müharibəsi başlayandan bəri qaçqınlara ev sahibliyi edir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »