SON XƏBƏR: Özbəkistanda universitetlərə qəbulda ingilis dili məcburi olacaq

0

Özbəkistanda ali məktəblərə qəbul imtahanlarında ingilis dilinin icbari fənlər blokuna salınması, bu günlərdə sosial şəbəkələrin özbək seqmentinin istifadəçiləri arasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Bəzi abituriyentlər bu dəyişikliyin ali məktəblərə qəbul imtahanlarının başlamasına cəmi 3 ay qalmış elan olunmasından narazıdırlar. Onlar ingilis dili ilə bağlı tələblərin gücləndirilməsinin əleyhinə olmadıqlarını, lakin bunun mərhələli şəkildə həyata keçirilməli olduğunu düşünürlər.

Özbəkistanın Dövlət Test Mərkəzinin nümayəndəsi Ozodlik-in jurnalisti ilə söhbətində qeyd edib ki, abituriyentlərin qorxuları əsassızdır. “İndi ingilis dilinin icbari fənlər blokuna daxil edilməsi layihəsi var. Bilirsiniz ki, ali məktəblərə daxil olarkən ana dili, riyaziyyat, tarix kimi əsas fənlərdən sınaq imtahanları vermək lazımdır. İndi ingilis dili də bu bloka daxil ediləcək. Amma bu il bu dəyişiklik yalnız qəbul üçün, xarici dil biliyi tələb olunan universitetlərdə tətbiq edilir. 2023-2024-cü tədris ilinin qəbul imtahanları zamanı isə, tam olaraq bu sıraya keçməyi planlaşdırırıq”.

2021-ci ilin mayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bəyan edib ki, yerli təhsil müəssisələrinin məzunları ən azı iki xarici dil bilməlidirlər. 2022-ci ildən isə Özbəkistanda işə müraciət edərkən ərizəçidən ən azı bir xarici dil bilməsi tələb olunmağa başlayıb. Bu tələb vəzifədə yüksəlmək istəyən dövlət qurumlarının əməkdaşlarına da şamil edilir.

Bəzi ekspertlər ingilis dilinə olan tələbin gücləndirilməsi tendensiyasını respublika hakimiyyətinin Qərblə yaxınlaşmaq cəhdi kimi qiymətləndirirlər.

Bu arada Özbəkistan ingilis dilini bilmə səviyyəsinin “çox aşağı” kimi qiymətləndirildiyi ölkələr qrupuna daxildir. Keçən il EF English Proficiency Index dünyanın müxtəlif ölkələrində ingilis dili biliyinə dair araşdırma aparıb. Özbəkistan təmsil olunan 112 ölkə arasında 88-ci yeri tutaraq, Əfqanıstan (87-ci yer) və Suriya (89-cu yer) arasında yerləşən ingilis dilini bilmə səviyyəsinin “çox aşağı” kimi qiymətləndirildiyi ölkələr qrupuna düşüb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »