Rusiya açıqladı: Ukraynaya ABŞ və Avropadan gəlirdi, biz onu məhv etdik

0

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Odessadakı hərbi hava limanında ABŞ və Avropa ölkələrindən Ukraynaya gələn silah və sursatların olduğu anqarın yüksək dəqiqlikli raketlərlə vurularaq, məhv edildiyini bildirib.

Konaşenkov Ukrayna müharibəsində Rusiya ordusunun hərəkətləri barədə məlumat verib.

Ukraynadakı hücumların davam etdiyini bildirən Konaşenkov, “Yüksək dəqiqliyə malik “Oniks” raketləri ilə Odessa ətrafındakı hərbi hava limanında ABŞ və Avropa ölkələrindən gələn silah və sursatların yerləşdiyi anqar bazası, uçuş-enmə zolağı məhv edilib”. dedi.

Ukraynaya aid 7 hərbi elementin havadan atılan yüksək dəqiqlikli raketlərlə vurulduğunu qeyd edən Konaşenkov, bunların arasında hərbi hissələrin və texniki vasitələrin toplandığı ərazilər, Donetsk və Xarkov bölgələrindəki arsenalların olduğunu qeyd edib.

Rusiya hava döyüş taktiki birliklərinin Zaporojye və Artemovsk ətraflarında 2 ədəd S-300 hava hücumundan müdafiə raket sistemini məhv etdiyini bildirən Konaşenkov, raket və artilleriya birləşmələrinin bir gündə Ukrayna ordusuna aid 786 yeri atəşə tutduğunu bildirib.

Rusiya hava hücumundan müdafiə sistemlərinin Xarkov vilayətində Petrovskoye ətrafında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24M model 2 bombardmançı təyyarəsini vurduğunu deyən Konaşenkov, gecə ərzində müxtəlif yaşayış məntəqələrinin ətrafında Ukraynaya məxsus 12 pilotsuz uçuş aparatı, bir Toçka-U raketi və Smerç raketlərini havada məhv etdikləri barədə məlumat paylaşıb.

Konaşenkov, “Bu günə qədər 145 təyyarə, 112 helikopter, 672 pilotsuz uçuş aparatı, 281 hava hücumundan müdafiə raket sistemi, 2 min 703 tank və zirehli texnika, 312 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 1203 haubitsa və minaatan, Ukrayna ordusuna məxsus 2 min 551 xüsusi təyinatlı hərbi maşın  məhv edilib”- bildirib.

Bundan əlavə, nazirliyin açıqlamasında bildirilir ki, ötən gün Mariupoldakı “Azovstal” Metallurgiya Zavodunda olan 25 və 21 nəfər mülki şəxsdən ibarət 2 qrup gündüz və axşam saatlarında humanitar dəhlizdən istifadə edərək çıxıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »