Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2022-ci ildən balıq ovuna moratorium qüvvəyə minir.
İctimaiRəy.az xəbər verir ki, ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna qoyulan qadağa sentyabrın 1-dək davam edəcək.
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirəcək.