Aşqabadda artıq çörək alanları 15 gün həbs gözləyir

0

Türkmənistanın dövlət mağazalarında un və çörək qıtlığı kəskinləşdikcə, Aşqabadda hakimiyyət yenidən çörək satışına nəzarəti gücləndirib. Bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən olunmuş miqdardan artıq çörək alan vətəndaşları müəyyən etməyə çalışırlar. Bunun üçün video və kameralardan istifadə edirlər.

“Azatlık” radiosunun Türkmənistan paytaxtındakı müxbirinin verdiyi məlumata görə, bu günlərdə polis əməkdaşları dövlət dükanlarına gedərək növbəyə duran sakinlərin foto və videolarını çəkirlər.

Aşqabad sakini deyib: “Onlar alıcılara xəbərdarlıq edirlər ki, müəyyən olunmuş normadan artıq çörək almağa cəhd edənlər 15 sutka həbs olunacaqlar”.

Müxbirlər hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər verir ki, bir sıra yüksək vəzifəli məmurlar un ticarətində sui-istifadə ittihamı ilə uzunmüddətli həbslərə məhkum ediliblər.

Türkmənistanın dövlət mağazalarında hər bir vətəndaşa bölgədən asılı olaraq, iki-üç çörək verilir. Şəxsi ticarətçilər üçün, bir çörək  5-10 təngə bahadır, dövlət mağazalarında isə, bir çörək 60 təngə dotasiyalı qiymətə satılır.

Aşqabad rəhbərliyinin yenidən növbəyə yazılan və müəyyən olunmuş normadan artıq çörək alan vətəndaşları, hətta uşaqları saxlamağa başlaması ilk dəfə bu ilin əvvəlində müxbirlər tərəfindən yayılıb.

Son illərdə, pisləşən iqtisadi vəziyyət və yüksək işsizlik fonunda, Türkmənistanda əksər ailələr subsidiyalarla təmin olunan çörəkdən asılı vəziyyətə düşüb.

Buğda istehsalı üzrə dövlət planının artıqlaması ilə yerinə yetirildiyi barədə iddialara baxmayaraq, ölkə rəhbərliyi uzun illərdir ki, əhalinin un və çörəklə təminatında ciddi çətinliklər yaşayır. Dövlət dükanlarının qarşısında böyük növbələr düzülür, lakin çox vaxt çörək hamıya çatmır, buna görə də sakinlər arasında dava düşür.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »