Angelina Jolie-dən Ukraynaya sürpriz səfər: Tələsik təxiyyə edildi – VİDEO

0

BMT-nin xoşməramlı səfiri vəzifəsində çalışan məşhur aktrisa Ancelina Coli aylardır müharibənin davam etdiyi Ukraynaya qəfil səfər edib. Müsahibələr zamanı xəbərdarlıq sirenlərinin səslənməsi ilə Coli tələsik təhlükəsiz əraziyə təxliyə edilib. Bu görüntülər paylaşma rekordu qırıb.

Məşhur aktrisa Ancelina Coli dünən müharibənin davam etdiyi Ukraynaya sürpriz edib… Lvova gedən Colinin görüntüləri ilk olaraq, sosial media hesablarında paylaşılıb.

Coli kafedə gülümsəyərək pərəstişkarlarını salamlayaraq görünüb. Bəzi pərəstişkarlarına avtoqraf verən Coli illərdir BMT-nin xoşməramlı səfiri kimi fəaliyyət göstərir və diqqətini qaçqınlara yönəldib.

Lakin Colinin Ukraynaya hansı məqsədlə getməsi ilə bağlı heç bir açıqlama verilməsə də, məşhur aktrisa bəzi təmaslar qurub.

Köçkünlərə kömək edən könüllülərlə söhbət edərkən, 46 yaşlı Coli tibb işçilərinə və psixiatrlara gündə 15 xəstə müraciət etdiyini öyrənib. Bu xəstələrin əksəriyyətinin 2-10 yaş arası uşaqlar olduğunu öyrənən Coli, “Onlar şokda olmalıdırlar… Mən travmanın uşaqlara necə təsir etdiyini bilirəm. Bilirəm ki, danışıq tərzi və ifadə tərzi onlar üçün çox şey deməkdir”.

Lakin Colinin buradakı görüşü davam edərkən, xəbərdarlıq sirenləri səslənməyə başlayıb. Coli və yoldaşları tələsik sağlamlıq mərkəzindən çıxıb və gözləyən avtomobilə minərək oradan uzaqlaşıblar.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »