Rusiya Qara dənizdəki bazasını qorumaq üçün, limana təlim keçmiş delfinlər yerləşdirib-FOTO

0

Peyk görüntüləri Rusiyanın Krımda donanmasını qorumaq üçün, təlim keçmiş delfinlərdən istifadə etdiyini göstərib. Hərbi məqsədlər üçün yetişdirilən delfinlər dənizin altında mina aşkar edə və xarici sualtı qayıqlara zərər verə bilər.

ABŞ Dəniz İnstitutunun xəbər saytı USNI-də yer alan xəbərə görə, Rusiya Hərbi Dəniz Qüvvələri Sevastopoldakı dəniz bazasını qorumaq üçün, limanın girişinə təlim keçmiş delfinlər yerləşdirib.Rusya Karadeniz’deki üssünü korumak için limana eğitimli yunuslar yerleştirdi

ABŞ mərkəzli peyk təsviri şirkəti Maxar Technologies tərəfindən təqdim edilən görüntülərdə Rusiyanın nəhəng donanma bazasının yerləşdiyi bölgədə təlim keçmiş iki delfin diqqət çəkib. Bildirilib ki, delfinlər Rusiyanın 2014-cü ildə Ukraynada, işxal etdiyi Krımdakı Sevastapol limanının girişinə yerləşdirilib. Fevral ayında Ukrayna işğalı başlayandan bəri təlim keçmiş əsgərlər Ukraynadan gələn təhdidlərə qarşı Sevastopol Dəniz Bazasında delfinlərdən istifadə edirlər.

Delfinlərin BU ROLU ƏSLİNDƏ İLK DEYİL

Sevastopol Rusiyanın Qara dənizdəki ən böyük hərbi-dəniz bazasıdır. Delfinlərin vəzifəsi ukraynalı dalğıcların limana sızmasının və təxribat hücumlarının qarşısını almaqdır.

Delfinlərin bu rolu ilk deyil. Bir çox ölkələr delfinləri öyrədir və onlardan müxtəlif dəniz işləri üçün istifadə edirlər.

Rusiya Hərbi Dəniz Qüvvələrinin Sevastopoldakı gəmilərinin əksəriyyəti Ukraynanın inventarındakı raketlərin əhatə dairəsindən kənardadır, lakin bu gəmilər dənizin altından istənilən təxribat hücumuna qarşı həssasdır.Как страдают дельфины в дельфинариях, что им угрожает в дельфинариях России  и как государство, бизнес и обычные люди могут помочь дельфинам и об  опасностях, которые им угрожают — Нож

Soyuq Müharibədən bəri sovetlər də daxil olmaqla, müxtəlif tərəflər tərəfindən delfinlərin bu cür missiyalar üçün yetişdirildiyi məlum bir həqiqətdir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »