Professor Ədalət Muradov: “Azərbaycanda rəqəmsal savadlılıq” proqramına başlamaq vaxtıdır-FOTO

0

Sənaye inqilabının səbəbi rəqəmsal texnologiyaların özləri deyil. Sənaye inqilabının əsas səbəbi rəqəmsal texnologiyaların iqtisadi və sosial sistemlərə təsiridir.

İctimairey.az xəbər verir ki, bu fikirləri UNEC-in rektoru professor Ədalət Muradov konfransın açılış mərasimində söyləyib.

“Düşüncə tərzini dəyişmək zərurəti önə çıxır. Bu baxımdan “Azərbaycanda rəqəmsal savadlılıq” proqramına başlamaq vaxtıdır. Biz bunu edə bilərik”, – deyə rektor qeyd edib.Təhsil naziri: Rəqəmsallasmanın hər bir fənnə necə təsir etməsi məsələsi bu  gün çox vacibdir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xatırladaq ki, konfrans İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və digər aparıcı qurumların birgə təşkilatçılığı keçirilir. Beynəlxalq tədbirdə qlobal iqtisadi artımın qarşısında duran əsas problemlər, yüksək texnologiyalar yönümlü istehsal ekosistemi, iqtisadiyyatın rəqəmsal transformasiyası, yaşıl iqtisadiyyat və davamlı inkişaf, postpandemiya dövrünün iqtisadi çağırışları, pandemiya sonrası biznes transformasiyası və Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış, Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri kimi əsas mövzular müzakirə olunur.

Konfrans aprelin 29-dək davam edəcək.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »